Karusel / Slayd (20-08-2022, 20:56)
Təhsil Nazirliyinin baş həkimlə 3,6 milyonluq şübhəli razılaşması
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ecomedi” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Mediatv.az qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 3 632 903.88 AZN olan müqavilədə təhsil müəssisələri üçün sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Ecomedi” MMC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, bina 1, mərtəbə 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Eyvazov Fərid Elşad oğludur.
"Ecomedi” MMC-nin veb-səhifəsindəki məlumatlara görə, şirkət qapalı və açıq məkanlarda dezinfeksiya, deratizasiya və dezinseksiya kimi geniş spektrli sanitar-epidemioloji xidmətlər göstərir. Xidmətlər ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilir.
Şirkətin qanuni təmsilçisi Fərid Euvazova gəlincə, o, ixtisaca həkimdir. Fərid Eyvazov 2005-2006-cı illərdə Musa Nağıyev adına "Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib.
2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə "Qrand-Hospital”da, 2015-2018-ci illərdə "Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.
Hazırda isə "Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024