Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-02-2015, 18:07)
“Bozun 50 çaları”: film kitabdan yaxşı alınıb

“Bozun 50 çaları” (“Fifty Shades of Grey”) filminin ilkin icmallarında qeyd olunur ki, əsasən qadın auditoriyası üçün nəzərdə tutulmuş bu romantik-pornoqrafik ekran əsəri onun əsasını təşkil edən kitabdan daha yaxşı alınıb

 

“Variety” məcmuəsi bu hadisəni EL Ceymsin romanının “əhəmiyyətli təkmilləşdirilməsi” adlandırıb.
Məcmuə, filmi tovuz lələyi taxmış Şarlota Bronteyə bənzədib.
“The Guardian” bu rəylə razılaşır və yazır ki, “ekranlaşdırma mümkün olduğundan daha yaxşı yerinə yetirilib”.
Əsərin leytmotivini Dakota Consonun oynadığı tələbə Anastasiya Stil və aktyor Ceym Dornanın yaratdığı milyarder Krsitian Qrey arasındakı eşq macərası təşkil edir.
İlkin rəylərdə “üç ulduz” qazanmış film haqqında “Variety”nin yazarı deyir ki, “film pornoqrafiya ilə dolu günümüz və əsrimizdə yumşaq təxribat yarada biləcək qədər intriqalıdır”.
“The Guardian” qəzetinin kino tənqidçisi Cordan Hoffman Consonun yaratdığı “qaba, məsum, bakirə Anna (Anastasiya)” rolunun təbiiliyini xüsusilə vurğulayır.
Tənqidiçi yazır ki, Consonun Annası “müasir xalq mədəniyyətinə xas ən səfeh sevgi düyününün içərisindən inandırıcılığı çıxara bilib”.
“The Hollywood Reporter” məcmuəsindən Şeri Linden ertiraf edir ki, film bütün keyfiyyətlərinə görə kitabdan daha yaxşı alınıb.
Lakin tənqidçi seks səhnələrindən narazı qalıb: “Bu vulqar zərrələrdən ibarət çox ləng dinamikadır və təəssüf doğuran bir şəkildə həyəcansız alınıb”.
“New York Post”dan Sara Stüart yazır ki, film kitabı ən zəif cəhətlərindən təmizləyib: “Bununla yanaşı. Film əvvəldən necə düşünülübsə, eləcə də alınıb: xanımların baxması üçün münasib “R” reytinqli yumşaq pornoqrafiya”.
“Time Out” jurnalı isə bu qənaətdədir ki, kitab bütün hallarda filmdən daha güclüdür.
Məcmuə filmi “su ilə qatılmış adaptasitya” adlandırır və əlavə edir ki, burada EL Ceymsin kitabındakı coşdurucu element kifayət qədər deyil, lakin təəcüblüdür ki, film bununla yanaşı yaxşı alınıb”.
“Screen Daily” dərgisindən Tim Qrierson belə bir nəticəyə gəlir: “Filmi səmimi bir şəkildə bir az seksi, bir az səfeh, bir az da utancaq sevgi hekayəti kimi qəbul edin və siz kifayət qədər feyziyab olacaqsınız”.
Film Britaniya kinoteatrlarında fevralın 13-dən göstəriləcək 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024