Karusel (7-08-2023, 13:51)
"Dəfim olmadığına görə qabiliyyət imtahanından kəsdilər" - GİLEY
"Orta məktəbdə oxuyanda sinifqom idim, Azərbaycan dili, Ədəbiyyat, Tarix, humanitar fənlərdən qiymətim həmişə yüksək olub. Musiqi peşəsinə də uşaqlıqdan böyük marağım olub, elə yaxın qohum-tanışlarımın da çoxu musiqiçidir, xanəndədir. Azərbaycanda muğam, xanəndə deyəndə Qarabağ, qarabağlı xanəndələr yada düşür, amma bizim bu Qobustan şəhərində, kəndlərində də yaxşı xanəndələr, muğam, musiqi ustadları yetişib.
Yüksək bal toplayıb, İncəsənət Universitetinə qəbul olmuşdum, ancaq qabiliyyət imtahanından kəsildim. İmtahan götürən müsiflər heyəti dəfim olmadığına görə məni imtahandan kəsdilər, dedilər dəf vura bilmirsən, get, onu öyrən, sonra gəl. Yüksək bal toplasam da, qabiliyyət imtahanından bunun kimi səbəblərə görə keçə bilmədim. İndi heyvandarlıqla məşğul oluram, 15 gün evdə, 15 gün dağda oluram. Belə hərdən özüm üçün züm-zümə edirəm, yanımda dostlarım olanda dinləyirlər, xoşlarına gəlir, bu özü elə mənə böyük zövq verir. Amma daha Universitetə daxil olmaq həvəsim yoxdur, onu o qabiliyyət imtahanında öldürdülər. Əmək, vaxt sərf edib, oxuyursan, yüksək balla Universitetə daxil olursan, qabiliyyət imtahanından kəsirlər, kor-peşman qayıdırsan, əziyyətin yerə dəyir, məyus olursan".
Qobustan şəhər sakini Maşallah Güləliyevin gözəl səsi, bu sahədə yaxşı qabiliyyəti olmasına baxmayaraq, həvəslə qəbul olduğu İncəsənət Universitetindən qabiliyyət imtahanına görə kəsilib. Səbəb də o olub ki, Maşallah dəf musiqi alətində ifa etməyib, dəfi olmayıb. Maraqlıdır ki, dəfi olan və onda mahiranə şəkildə ifa bacarığı olanın daha universitetdə nə işi var? Universitet məhz onun üçündür ki, bir qədər səs qabiliyyəti olanlar burada özlərini təkmilləşdirib, böyük ustadlardan dərs ala bilsinlər. Ancaq Maşallah saxladığı qoyun-quzusundan satıb, "hörmət-izzət" etmədiyinə görə, bax, belə cuzi səbəblərdən indi İncəsənət Universitetində yox, "Həyat" universitetində oxuyur. Səsini də Azərbaycan Xalqı yox, quzularını otlatdığı dağ-daş dinləyir.
QEYD: Qabiliyyət imtahanları bir çoxlarının narazılıq etdiyi, korrupsiya imkanları yaradan imtahan növlərindən biridir. Şagirdlər yüksək ballarla universitetlərə qəbul olsalar da, qabiliyyət imtahanı verməli olduqları sahələrdə əksəriyyəti bu imtahanlardan "görüm-baxım" elyə bilmədiklərindən kəsilir, topladıqları bal isə hədər olub gedir. Bu, həm onların iradə əzminə, həm də seçdikləri peşəyə olan həvəslərinə pis təsir edir, ruhdan salır.
Arif olanın sevgili cananı Vətən olsa da, indi "arifləri" təyin edənin adı puldur.
Bizimyol.info
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024