Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (17-05-2023, 14:54)
Qabiliyyət imtahanı üçün qeydiyyat başlayır

qabiliyyet-imtahani-ucun-qeydiyyat-baslayir


Mediatv.az DİM-ə istinadən xəbər verir ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat mayın 17-dən 30-dək aparılacaq. Bədən tərbiyəsi və idman istiqaməti üzrə qeydiyyatın vaxtı barədə DİM-in saytında əlavə məlumat veriləcək.

Abituriyentlər (subbakalavrlar) ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə ən azı 60 bal, rejissorluq ixtisası üzrə 120 bal, xoreoqrafiya ixtisası üzrə 30 bal toplayan abituriyentlər keçə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 40 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Rəqs müəllimliyi ixtisasına qəbul olmaq istəyən abituriyentlərin topladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazə verilir.
Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 30-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Qeydiyyat, qəbul qaydaları, müsabiqə şərtləri, qabiliyyət imtahan komissiyaları haqqında daha geniş məlumatla buradan tanış olmaq mümkündür.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024