Karusel (23-05-2023, 13:11)
Arif Qasımov vəzifədə deyil... AMMA GÜCÜ VAR... - DETALLAR
Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin rəisini söyən şəxs həbs edilib.
Mediatv.az-ın Qaynarinfo-ya istinadla məlumatına görə, 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Rauf (şərti) həyat yoldaşı barəsində verilmiş axtarış işi ilə əlaqədar olaraq həmin şöbəyə yaxınlaşıb. İcra məmuru Xatir Məmmədov ondan 200 manat pul istədiyi üçün bu barədə Ədliyyə Nazirliyinə şikayət verib. Bu səbəbdən onu Xətai İcra Şöbəsinə istiqamətləndiriblər.
O, şöbəyə gedərək rəis və əməkdaşların ünvanına nalayiq ifadələr işlətdiyinə görə polis tərəfindən saxlanılıb. Rauf İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirləndirilərək, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Rauf məhkəmə ifadəsində şöbə rəisinin onu təhqir etdiyini iddia edib. O deyib ki, icra məmuru Xatir Məmmədov barəsində şikayət versə də, hadisə baş verərkən özü orada olmayıb. Özü bu barədə 102 xidmətinə müraciət edib.
İcra məmuru Xatir Məmmədov məhkəmə ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs həyat yoldaşının barəsində əssasız axtarış verilməsini əsas gətirərək, onun və şöbənin digər əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib. Şəxsin onun barəsində 200 manat pul istəməsi ilə bağlı iddiası isə şər-böhtandır.
Məhkəmənin qərarı ilə Rauf İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Qeyd edək ki, Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımovdur. O, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun qardaşıdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024