Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-02-2022, 16:11)
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi

 Ombudsman Səbinə Əliyeva Qaradağlı faciəsinin 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Ombudsman Aparatından “Qafqazinfo”ya verilən məlumata görə, çağırışda deyilir:
“Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törədib.
Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.шаблоны для dle 11.2

Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025