Karusel / Slayd (27-12-2022, 08:40)
Keçmiş polis işçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır
Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
Hörmətli cənab Prezident
2006-cı ildə xəstəliklə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan ikinci qrup əlil kimi pensiya alıram. Beş il tamam olduğuna görə yenidən əlilliyimin bərpası üçün TSEK-ə rəsmləşdirilən göndərişlərə imtina verilir. Əvvəlki imtinaların səbəbi kimidə göndərişin natamam doldurulması göstərilirdi. Sonuncu imtinaların səbəbi kimi natamam doldurulma göstərilsədə “Həkimin rəyi: Xəstənin əsas diaqnozu ağırlaşması əlillik dərəcəsinin təyinində reyester məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır” yazılıb.
Verilmiş bu əsasız imtinalara görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin şəxsən qəbulunda olmuşam. Mənim Əlilliyimin obyektiv müəyən olunması üçün Zaur Əliyevdən köməklik etməsini şəxsən xahiş etmişəm. Zaur Əliyevin ciddi tapşırığından sonra məni Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müayinə olundum və həmin dispanser tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndəriş rəsmləşdirildi. Lakin bir neçə gündən sonra məlum oldu ki, imtina verilib və səbəb kimidə göstərilib ki, “İxtisaslı həkim müyinəsinə və müalicəsinə ehtiyac olması”.
Mən Göyçay Rayon Mərkəzi Xəstəxanasından yenidən göndəriş alaraq Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən bir saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra 21 gündə stasionar müalicə almışam. Bundan sonra Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən mənə yenidən forma 88 tərtib olunaraq göndəriş rəsmləşdirilib. Lakin yenədə imtina verildi. Bu dəfədə imtinada “Aktiv sürücülük vəsiqəsinin olması göstərilib.
30 noyabr 2022-ci il tarixində əlilliyin müəyyən olunması üçün rəsmləşdirilən göndərişə yenidən imtina verilib və imtinada yenədə aktiv sürücülük vəsiqəsinin olması göstərilib.
Əlilliyin müəyyən olunması üçün rəsmləşdirilmiş göndərişə “Aktiv sürücülük vəsiqəsinin olması” səbəbi ilə imtina verən həkimlərin verdiyi qərar qanunsuz və əsasızdır. Eyni zamanda bu qərarı verən həkimlər qanunla cinayət məsuliyyəti daşıyırlar. Ona görə ki, onların verdiyi bu qərarla dövlət orqanının adından istifadə edərək saxtakarlıq edirlər. Mənim sürücülük vəsiqəm ləğv edilib və bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat edildiyi halda aktiv sürücülük vəsiqəsinin olması məlumatını TSEK-in həkimlər hardan alırlar?.