Almaniyanın Səhiyyə naziri Karl Lauterbax koronavirusa yoluxub.
Mediatv.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, ötən gün nazirin Covid-19 testi müsbət nəticə versə də, özünü yaxşı hiss edir. Nazir təcrid şəraitində işləyir.
59 yaşlı nazir 4 doza vaksin qəbul edib.