İqtisadiyyat / Slayd (9-06-2022, 09:38)
AZAL yenə öz ampluasında
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuşla bağlı güzəştlər azaldılıb. Belə ki, Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib. Dəyişikliyə əsasən, bu güzəşt 20 manatdan 10 manata endirilib. Beləliklə, əvvəllər Bakıdan Naxçıvana və ya Naxçıvandan Bakıya uçuş 50 manat idisə, indi 60 manat olub.
İndiyə qədər qüvvədə olan qərara əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilib.
İndiki vaxtda – hər şeyin bahalaşdığı, eyni zamanda səyahət üçün alternativin olmadığı, yəni quru sərhədlərin də bağlı olduğu bir zamanda bu cür qiymət artımının olması ictimaiyyətin müzakirəsinə səbəb olub.Mediatv.az-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Naxçıvan-Bakı hava xətti ilə uçuşların qiymətinin dövlət tərəfindən tənzimləndiyi sərnişinlərə əvvəldən məlum idi: “Biletlərin satış qiyməti ilə real qiymət arasındakı fərq dövlət tərəfindən ödənilirdi. Bu, bəlli bir məsələ idi. Bu barədə istər deputatlar, istərsə də hökumət nümayəndələri, ekspertlər çox danışıblar. Bu gün qloballaşan dünyada böyük problemlər var. O problemlər təbii ki, Azərbaycana da təsir edir. Biz bundan sığortalana bilmərik. Azərbaycanda yaranan inflyasiyanın əsası daha çox idxalla bağlıdır. Təbii ki, hökumət bununla mübarizə, hətta deyərdim, müharibə aparır, qarşısını almağa çalışır. Amma bizim iqtisadiyyatımız da qloballaşan dünya iqtisadiyyatının bir parçasıdır”.
“Ölkə daxilində inflyasiyanın qarşısı alınmağa, müəyyən qədər tempi, təsiri azaldılmağa çalışılır. Təbii ki, bu iqtisadi proseslər uçuş, nəqliyyat xərclərinə də təsir edir. Bu zaman isə insanlar qeyd edirlər ki, “biz neft ölkəsində yaşayırıq, bu niyə bizdə benzinin, kerosenin qiymətinə təsir edir?” Onu başa düşmək lazımdır ki, maşınların, təyyarələrin yanacaq çəninə emal olunmuş neft tökülür. Bu da yüksək oktanlı benzin, kerosindir. Onların emalı qismən Azərbaycanda, qismən xarici ölkələrdə olur. Bunların xərci yüksəlir və qarşısını almaq isə qeyri-mümkündür. Ona görə də bunlar bizə təsir edir. Bizim iqtisadiyyatımız qloballaşan iqtisadiyyatın bir parçasıdır”, - deyə həmsöhbətimiz bildirib.
Biletlərin, eləcə də digər xidmətlərin qiymətinin artması ilə bağlı narazılıqlara toxunan deputatın sözlərinə görə, insanların bununla razılaşmaması və narazılığı təbii qəbul edilməlidir: “Elə bir ölkə yoxdur ki, orada qiymət artımı insanlar tərəfindən xoş qarşılansın. Amma nəzərə alaq ki, bütün dünyada qiymətlər qalxır. ABŞ-də illik 7,8 fazi inflyasiya var. Hətta deyirlər, daha da artıq olacaq. Avropada, aparıcı ölkələrdə inflyasiya ən azı 8,5-9, bəzi ölkələrdə hətta 10 faizi keçir. Bu, hər bir sektora təsir edir. Təbii ki, bu bizə də təsirsiz ötüşmür. İndi kimin bunu necə qəbul etməsi başqa məsələdir”.
“Makroiqtisadi siyasət qurulur, bəzi alətlərdən istifadə olunur. Mən hər zaman inflyasiya ilə mübarizədə daxildə bolluq yaradılmasının vacibliyini vurğulamışam. İstehlak bazarında 2 milyondan çox mal çeşidi və xidmət növü var. Bizi ən çox narahat edən ərzaq və kənd təsərrüfatı məsullarıdır. Bununla əlaqədar dövlət bir neçə proqram qurur, çalışır. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar böyük siyasi qərar, iqtisadi siyasət var. Biz çalışırıq bu məsələdə sürəti artıraq. Bu istiqamətdə hökumət çalışır. Sahibkarlara da daha aktiv olmaları tövsiyə edilir. İnflyasiyadan hamı – varlı da, kasıb da əziyyət çəkir, çəkəcək də. Sadəcə bir az aktiv olmaq lazımdır”, - deyə Quliyev vurğulayıb.
İqtisadçı ekspert Rəşad Həsənov isə AYNA-ya açıqlamasında söyləyib ki, AZAL-ın qiymətləri müəyyənləşdirərkən hansı məqamları nəzərə aldığı, hansı xərcləri əsas götürdüyü bəlli deyil: “Bu qurumun fəaliyyəti qeyri-şəffafdır. Hansısa xərclərin şişirdilməsi ehtimalları çox yüksəkdir. Belə bir şəraitdə hansısa istiqamət üzrə tarifin maya dəyərinin necə müəyyənləşdirilməsini bilmək olmur. Hesablama Palatasının iradlarına baxmayaraq, AZAL son iki ilə qədər, ümumiyyətlə, maliyyə hesabatlarını açıqlamayan qurumlardan biri idi”.
Müsahibimizin fikrincə, uçuş qiymətinin baha olmasının əsas səbəbi hava nəqliyyatı infrastrukturunun hava yolu şirkəti tərəfindən idarə edilməsindədir: “İndiki qiymət dəyişikliyi ilə Naxçıvana gediş-gəliş üçün səyahət edənlər 100 manat yox, 120 manat ödəyəcəklər. Bu da 70 avroya yaxındır. Bunun kökündə dayanan əsas problem hava nəqliyyatı infrastrukturunun hava yolu şirkəti tərəfindən idarə edilməsindədir. Problem Azərbaycanda hava yolu nəqliyyatı siyasətininin düzgün qurulmamasından qaynaqlanır. Hava yolu şirkəti olan AZAL bütün bu infrastrukturu öz maraqları çərçivəsində idarə etməyə çalışır. Burada inhisarçılıq formalaşdırır. Xarici şirkətlərin bazara girmə imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə kifayət qədər nöqsanlar var”.
Ekspert onu da qeyd edib ki, yeni qərarla “biletlərin qiyməti qaxıb” demək düzgün deyil, vətəndaşın üzərinə düşən yük artıb: “Naxçıvana uçuşların qiymətinin artdığını demək doğru olmaz, çünki bu istiqamətdə sərnişin daşınmasının qiyməti uzun müddətdir ki, AZAL tərəfindən 70 manat həcmində təyin edilib. Sadəcə burada 20 manat dövlət, 50 manat vətəndaş tərəfindən ödənilirdi. İndi qəbul edilmiş qərarla isə bu nisbət dəyişdirildi və nəticədə vətəndaşın ödədiyi məbləğ 50 manatdan 60 manata qaldırıldı. Dövlətin ödədiyi hissə isə 20 manatdan 10 manata azaldıldı. Yəni biletin qiyməti qalxmayıb, sadəcə vətəndaşın üzərinə düşən yük artırılıb”.
Həsənov hesab edir ki, hökumət xərcləri azaltmaq istəyirdisə, AZAL-ın fəaliyyətini dərindən təftiş etməli idi: “Əlbəttə ki, bu qərar məqbul deyil. Xüsusilə də pandemiya və onun nəticəsində Bakı ilə Naxçıvan arasında əlaqə, nəqliyyat imkanlarının zəif olması kimi məsələlərin olduğu bir vaxtda. Yaxşı olardı ki, bu istiqamətdə qərarlar alternativ nəqliyyat marşrutlarının istifadəyə verilməsindən – Mincivan, İran, Ordubad üzərindən Naxçıvanla əlaqələndirilən dəmir yolu və avtomobil yolu xəttinin, Zəngəzur dəhlizinin açılmasından sonra verilərdi. Yalnız o zaman daha məntiqli olardı. Onsuz da hökumət bu günə qədər subsidyalaşdırmışdı. Əgər hökumət xərcləri azaltmaq istəyirdisə, bu zaman daha yaxşı olardı ki, AZAL-ın fəaliyyətini dərindən təftiş edərdi və həmin istiqamətdə uçuşların real dəyərini müəyyənləşdirərdi, korrupsiya faktorlarını aradan qaldırardı. Bu zaman qiymətləri aşağı salmaq olardı və dövlət tərəfindən ayrılan subsidiyanı tam və yaxud əhəmiyyətli səviyyədə azaltmaq olardı”.
“Təəssüf ki, yenə də alışılmış ən asan yola gedildi. Yaranmış vəziyyətdə xərclər vətəndaşın üzərinə yükləndi. İndiki halda bu, çox ciddi maliyyə yükü formalaşdıracaq. Çünki Naxçıvanda iş yerlərinin az olması və s. səbəblərə görə son 20 ildə ailələr demək olar ki, parçalanıb. Ailələrin əhəmiyyətli hissəsi Bakıdadır. Məcburi gediş-gəlişlər kifayət qədər çoxdur. Belə bir şəraitdə vətəndaşlar üçün bu, əlavə maliyyə yükü, çətinlik yaradır. İran vasitəsilə avtobus xidmətlərindən istifadə səmərəli deyil, yorucudur. Quru sərhədləri bağlıdır. Avtomobillə beş nəfərlik bir ailənin gedişi üçün 100-120 manat xərci çıxırdısa, indi hava nəqliyyatı ilə 300 manatlıq xərci olacaq. Bu da gediş-gəliş xərclərinin dəfələrlə artması və yaxud bir ailə üçün bir nəfərin orta aylıq əməkhaqqı qədər əlavə maliyyə yükünün formalaşması deməkdir”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024