İqtisadiyyat (5-11-2014, 17:33)
Cahangir Əsgərov Litvadan aviaşirkət alır
Azərbaycan Dövlət Hava Yolları Konserinin (AZAL) törəmə şirkəti Litvada zərərlə işləyən aviaşirkəti almaq üçün danışıqlar aparır
Mediatv.az saytı Litva mənbələrinə istinadla xəbər verir ki, Vilnüs meriyası tərəfindən yaradılan və hazırda zərərlə işləyən “Air Lituanica” aviaşirkətinin 49 faizlik hissəsinin Azərbaycandan olan strateji investorlara satılmasına dair danışıqlar gedir.
Lakin investor şirkəti almaq üçün bir sıra tələblər irəli sürüb. Bu tələblərdən birinə görə, “Air Lituanica” aydın səhmdar strukturuna malik müstəqil şirkət formasını dəyişməlidir.
Məlumata görə, şirkətlə həm AZAL-ın törəmə şirkəti olan “Azal Avia Cargo”, həm sərnişin, həm də yük daşımaları ilə məşğul olan özəl “Silk Way Group” şirkəti maraqlanır.
“Air Lituanica Club”un rəhbəri Kyastutis Binkauskas şirkətin səhmlərinin satışına dair danışıqların getdiyini təsdiqləyib.
“Danışıqlar aparılır, informasiya mübadiləsi edilir. Ancaq biz tələsmirik, gələn il daha yaxşı nəticələr göstərməyi planlaşdırırıq və beləliklə, şirkət investorlar üçün daha cəlbedici olacaq. Ona görə də biz bu istiqamətdə çox fəal tədbirlər görürük” - deyə Kyastutis Binkauskas bildirib.
Litvanın hava nəqliyyatını lisenziyalaşdıran komissiyasının məlumatına görə, “Air Lituanica”nın maliyyə vəziyyəti hazırda ağırdır. Şirkət zərərlə işləyir.
Litvanın nəqliyyat və kommunikasiya nazirinin müşaviri Riçardas Slapşis deyib ki, buna baxmayaraq şirkəti bağlamaqdan söhbət getmir.
“Bizə deyiblər ki, kreditorlarla danışıqlar aparılır, borcların ödənilməsi qrafiki hazırlanır, nizamnamə kapitalının artırılması üçün investorlarla danışıqlar gedir və s.” - nazirin müşaviri deyib.
Qeyd edək ki, Azərbaycandan olan oliqarx-investorlar son vaxtlar Litvaya bir çox yatırımlar həyata keçirib, daşınmaz əmlak, otellər, sovet dövründən qalma kurort kompleksləri və s. alıblar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024