Vətəndaşlar bankların təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasından gileylənirlər. Mərkəz Bankın yaydığı son rəqəmlər də faiz dərəcələrinin yüksək olmasından xəbər verir. Belə ki, qurum bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları tələblərindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb. 31 dekabr, 2020-ci il tarixinə olan məlumata görə, manatla verilən istehlak kreditləri üzrə orta faiz dərəcələri 19-24 faiz civarındadır. Bəzi banklar isə hətta illik faiz dərəcələri 27-32 faiz olan istehlak kreditlər təklif edirlər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkəmizdə kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən birini banklar arasındakı rəqabətin aşağı səviyyədə olması ilə əlaqələndirir:
“Adətən kredit faizləri banklar arasındakı rəqabət nəticəsində aşağı düşür. Bir sıra banklarda cəlb edilən vəsaitlərin həddinin yüksək olması kredit faizlərinə birbaşa təsir göstərir. Bu baxımdan biz təklif edirik ki, bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən fəaliyyət genişləndirilsin. Rəqabətin güclənməsi, aparıcı bankların, beynəlxalq arenada tanınmış bankların mərhələli şəkildə Azərbaycanın bank sektoruna cəlb edilməsi məqsədəuyğun olardı. Çünki bütövlükdə bank sektorunda rəqabətin gücləndirilməsi kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.
Deputat əlavə etdi ki, kredit faizləri ilə depozit faizləri arasında da ciddi fərq var:
“Vətəndaşlardan daha aşağı faizlərlə cəlb edilən depozitlər digərlərinə yüksək faizlərlə kredit formasında verilir”.
Millət vəkili qeyd etdi ki, Mərkəzi Bank banklara depozit faizləri ilə kredit faizləri arasındakı fərqi azaltmaq üçün tövsiyələr verə bilər:
“Eyni zamanda, kredit faizləri ilə depozit faizləri və dividend arasındakı asılılığın öyrənilməsi, bununla bağlı Mərkəzi Bank tərəfindən depozit dividendləri ilə kredit faizləri arasında müəyyən bir marjın tövsiyə xarakterli müəyyənləşdirilməsi və tövsiyə olunması daha məqsədəuyğun olardı. Bu zaman bankların kredit faizləri ilə onların depozit faizləri arasında müəyyən bir asılılığın yaradılması mümkündür”.
Bayramov bu yaxınlarda kredit faizlərinin azaldılması üçün Milli Məclisdə təkliflər irəli sürüləcəyini də açıqladı.
İqtisadçı ekspert Xalid Kərimli ölkəmizdə istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasını bir sıra amillərlə əlaqəndirdi:
“Birincisi, Azərbaycanda bankların cəlb etdiyi pulun dəyərinin yüksək olmasıdır. Ölkəmizdə bankların maliyyələşmə mənbəyinə baxsaq, bir neçə əsas maliyyələşmə mənbələrinin olduğunu görərik. Burada əsas hissə depozit faizlərinin üzərinə düşür. Bankların cəlb etdiyi pulun əhəmiyyətli hissəsi depozitlərdə əhalidən cəlb olunmuş müddətli və ya müddətsiz yığımlardır. Bunların faizi isə bir qədər yüksəkdir. İnsanlar 8-12 faizlə zaman-zaman pullarını banklara etibar edirlər. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi altı-yeddi faiz arasıdır. Ancaq Mərkəzi Bank banklara bu faizlə kifayət qədər tələbatlarına uyğun olaraq mərkəzləşdirilmiş kredit vermir. Bankların mərkəzləşdirilmiş kreditlərinin payı aşağıdır. Bu səbəbdən bankların ucuz pula əlçatanlığı yoxdur”.
Ekspertin sözlərinə görə, ikinci və ən önəmli məsələ isə ondan ibarətdir ki, banklarımızın miyqası çox kiçikdir:
“Bankların miqyasının balaca olması əməliyyat xərclərinin yüksək olmasına gətirib çıxarır. Yəni bank faizlə pul cəlb edir, onun üzərinə öz xərclərini, mənfəət normasını qoyur və satır. Bankın əməliyyatının kiçik olması kollektivinin böyük olmasına, əməliyyat-inzibati xərclərin yüksək olmasına gətirib çıxarır ki, bu da faizlərdə öz əksini tapır”.
Kredit faizlərinin yüksək olmasının üçüncü səbəbinə toxunan iqtisadçı burada risklərin səviyyəsini qeyd etdi:
“Ölkəmizdə əhəmiyyətli olan bir neçə risk var. Valyuta riski var ki, insanlar öz yığımını manatda saxlamaqdan çəkinirlər. Yığımları daha çox xarici, dönərli valyutalarda saxlamaq istəyirlər. Risklərdən digəri isə müştərilərlə bağlı olan riskdir. Kredit növlərindən asılı olaraq, risklərin səviyyəsi fərqli olur. Misal üçün, əmlak girovu ilə verilən kreditlər, şirkətlərə verilən kreditlər, korporativ istehlak kreditləri – bunların hər birinin girov təminatının olub-olmaması risklərin səviyyəsinə təsir edir. Girovsuz kredit götürmək istəyən şəxsin dayanıqlı gəlirinin olub-olmaması riskin səviyyəsinə görə əhəmiyyətlidir. Burda da qeyri-müəyyənliklər çox olduğundan, kredit götürənin riski yüksək olur. Risk yüksək olduqda da faizlər, gəlirlilik yüksək olur. Növbəti məsələ isə gəlirlərin şəffaflıq dərəcəsidir ki, kredit risklərinə təsir göstərir. İnsanların gəlirlərinin müəyyən hissəsi qeyri-rəsmi, vergidən yayınmış olur. Onlar gəlirlərini tam olaraq göstərə bilmirlər. Sübut olunan sənədlər yoxdur deyə, hesabatlar şəffaf deyil, idarəetmə pisdir, insanların gəlirləri istehlak kreditlərində qeyri-stabildir. Bu da faizlərin yüksəlməsinə gətirib çıxarır”.
“Çıxış yolları nələr ola bilər” sualını isə X.Kərimli bu cür cavablandırdı:
“Biz vəsaitin bolluğunu yaratmalıyıq ki, banklar, maliyyə institutları rahat vəsait cəlb etmək imkanlarına, uzunmüddətli, ucuz vəsait təchizatçılarına malik olsun. Bunun biri iqtisadiyyatda stabillik, qeyri-müəyyənliyin aşağı salınmasıdırsa, digəri maliyyə bazarlarının inkişaf etdirilməsidir. Xüsusilə kapital bazarının inkişaf etdirilməsi vəsaitə çıxışı rahatlaşdırar. Vəsait rahat əldə edildikdə onu daha ucuza yerləşdirmək imkanları da olur. Uzunmüddətli maliyyə çıxışının təmin edilməsi bank bazarında rəqabətin artırılması, xarici bankların, maliyyə institutlarının bank bazarına girməsinin təmin edilməsi, rəqabətin yaxşılaşdırılması növbəti çıxış yolu ola bilər”.
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024