İqtisadiyyat (9-02-2021, 11:20)
“Azərbaycan xalqını, ölkə iqtisadiyyatını məhv edən bank sistemidir” - ETİRAZ
"Son günlər bir kredit probleminin həlli ilə məşğul olduğum zaman gördüklərimdən həqiqətən dəhşətə gəldim və başa düşdüm ki, Azərbaycan xalqını, ölkə iqtisadiyyatını məhv edən elə bank sistemidir".
"Mediatv.az"-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
"Əvvəllər də Azərbaycanda yüksək kredit faizlərinin dünyada analoqu olmadığını bilirdim. Bu gün iqtisadi böhrandan, pandemiyadan, Vətən Müharibəsindən sonra da kredit faizlərinin manatla 20%-dən, dollarla 10%-dən artıq olması ölkə iqtisadiyyatını və xalqı məhv etməkdir. Bir çoxları hələ də bir neçə il bundan əvvəl yüksək faizlə götürdükləri kreditlərin köhnə qaydada ödəməkdə davam edirlər. Bu müddət ərzində faiz dərəcələri endirilməyib, hərçənd ki, bütün dünyada bu baş verdi. Bəzi banklar isə bilərəkdən faizləri, dəbbə pulunu o dərəcəyə çatdırırlar ki, girovda olan əmlakları ələ keçirsinlər. Bu isə tək acgözlük, görməmişlik yox, soyğunçuluqdur! Kredit borcu olanlar bankların adlarını və kreditlərinin faizlərini yazsınlar ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Banklar Assosiyasının Prezidenti Zakir Nuriyev baş verən soyğunçuluğu görsünlər" - A.İsmayılov bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024