Gələn ilin dövlət büdcəsi layihəsi açıqlandıqdan sonra ölkəmizdə devalvasiyanın baş verəcəyi ilə bağlı fikirlər ortaya qoyulur.
Hökumətin devalvasiya - manatın məzənnəsinin dəyişməsi qərarı verəcəyi ilə bağlı ehtimallar yalnız müstəqil ekspertlər tərəfindən söylənilmir.
Büdcə layihəsində bunun proqnozlarının verildiyi müşahidə olunur: “Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır”.
Bundan başqa, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.
Məlum olduğu kimi, 2015-ci ildə baş verən devalvasiya ölkənin bank sisteminə ciddi zərbə vurdu.
Bu dəfə devalvasiya baş verərsə, bu, bank sisteminə hansı təsirləri göstərə bilər?
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, büdcə layihəsi açıqlanmazdan əvvəl də devalvasiya ehtimalı vardı:
“Dövlətin xərcləri artıb. Buna səbəb pandemiya şəraitinin, post-müharibə dövrünün olmasıdır. Dövlətin qarşısında azad edilmiş ərazilərimizin, müharibədən ziyan çəkmiş bölgələrimizin bərpası dayanır, bununla yanaşı yəqin ki, sosial xərclər də artacaq. Digət tərəfdən isə dövlətin gəlirləri azalıb – neftin qiyməti əhəmiyyətli dərəcədə artmayıb, pandemiya ilə bağlı olaraq iqtisadi fəallıq aşağı düşüb. Belə olan halda sadəcə Dövlət Neft Fonduna üz tutmaq qalır. Bu isə valyuta ehtiyatlarımızın azalması deməkdir. Buna görə də devalvasiya riski böyükdür. Doğrudur, dövlət buna getməyə də bilər, amma bu halda valyuta ehtiyatları daha sürətlə azalacaq ki, bu da arzuolunmazdır. Bu baxımdan da mən devalvasiyanın baş verməsini mənfi hal kimi qiymətləndirmirəm, bu, artıq məcburidir”.
Devalvasiya baş verərsə, bunun bank sisteminə təsirlərinə gəlincə isə, ekspert deyir ki, mənfi təsir etsə də, bu təsir 2015-ci ildə olduğu kimi kəskin olmayacaq:
“Çünki o zaman həm sahibkarların, həm də vətəndaşların banklara xeyli dollar borcu vardı. Ona görə də, bu bank sistemi üçün çox acınacaqlı nəticə verdi. İndi isə ümumiyyətlə, son illərdə əhaliyə xarici valyutada kredit verilmir, sahibkarlar da kredit götürülməsində milli valyutaya üstünlük verir. Bu baxımdan da bankların xarici valyutada olan kredit portfeli çox da böyük deyil. Amma əlbəttə ki, hər halda var və bu da banklarda yenə də problemli kreditlərin artmasına aparıb çıxara bilər”.
Əkrəm Həsənov bildirir ki, devalvasiyanın təsirləri ilk növbədə xaricdən idxal olunan məhsulların qiymətində özünü göstərəcək: “Qeyri-neft sektorunda olan sahələrdə yerli istehsalı artırmaq lazımdır ki, devalvasiya şokları ağır olmasın”.
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024