Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (27-07-2020, 16:59)
Baş bankir sahibkarların qənimi rolunda

Elman Rüstəmov sahibkarların QƏNİMİ ROLUNDA...
Koronavirus pandemiyası dövründə bir sıra sahələrdə fəaliyyət tamamilə dayandırıldığından həmin sektorlarda çalışanların çoxu banklar qarşısında kredit öhdəliklərini yerinə yetirə bilmir. Mərkəzi Bank kommersiya banklarına pandemiyadan əziyyət çəkən sahələrdə çalışanların kredit ödənişlərinə güzəştlər tətbiq etməyi tövsiyə etsə də, baş bankirin bu tövsiyəsinə, demək olar ki, əməl edən yoxdur. Hətta birbaşa pandemiyanın təsirinə məruz qalaraq yarım ildir ki, fəaliyyəti tamamilə dayandırılan sahələrdə çalışanlar da kredit borclarını ödəməyə məcbur edilirlər. Kommersiya bankları bu sahələrə çalışanlara nəinki güzəşt edir, kreditin faizinə, dəbbə puluna qədər müştərilərdən tələb edir.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında turizm və qonaqpərvərlik sahəsində çalışanların banklar qarşısında çox aciz durumda qaldıqlarını söyləyib. Həmsöhbətimiz deyir ki, turizm sahəsində fəaliyyət tamamilə sıfırlansa da, banklar kreditlərə heç bir güzəşt tətbiq etmir:

"Dövlət kommersiya banklarına tövsiyə edib ki, pandemiyadan zərər çəkən sahələrdə kreditlərə güzəşt olmalı, güzəştli kreditlərə çıxış asanlaşdırılmalıdır. Amma kommersiya bankları kreditlərin faizini əvvəlki kimi tələb edir. Hətta cərimə, dəbbə pulunu da hesablayır. Baxmayaraq ki, hazırda turizmdə gəlir yoxdur. İndi bu sahədə çalışanlar məcburdurlar ki, obyektlərini satıb götürdükləri kreditləri bağlasınlar. Çünki krediti götürüb öz fəaliyyətlərini genişləndiriblər. İndi isə açdıqları otelləri, istirahət mərkəzlərini dəyər-dəyməzə satmalıdırlar ki, kredit borclarından canlarını qurtarsınlar".
Sputnik Azərbaycan pandemiya dövründə kredit öhdəliklərinin yerinə yetirilməsinə tətbiq ediləcək mümkün güzəştləri araşdırıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bu tövsiyə veriləndə bankların buna əməl etməyəcəyi məlum idi: "Mərkəzi Bank kommersiya banklarına pandemiyadan zərər çəkmiş sahələrdə çalışanlara kredit borclarına güzəşt tövsiyəsini verəndə mən bu tövsiyəyə əməl edilməyəcəyini söyləmişdim. Bunun qeyri-real olduğu, bankların buna əməl etməyəcəyi az keçməmiş sübut olundu. Bu məsələnin kökü ondadır ki, banklar kommersiya qurumudur, onlar Mərkəzi Bankın bu tövsiyəsinə əməl etməyə borclu deyil.

Xatırladım ki, ötən il fevral ayının 28-də prezident problemli kreditlərlə bağlı fərman vermişdi. Bu fərman iki hissədən ibarət idi. Birinci hissəsi xarici valyutada olan kreditlərin məzənnə fərqinin dövlət tərəfindən ödənilməsi, ikinci hissəsi isə 17 manatadək kredit borclarının rekultivasiyası ilə bağlı tövsiyəsi idi. Banklar prezidentin bu tövsiyəsinə əməl etmədi. Bu halda bankların Mərkəzi Bankın tövsiyəsinə əməl ediləcəyini gözləmək sadəlövlük olardı. Gəlin bir ona da nəzər yetirək ki, Mərkəzi Bank banklara bu tövsiyəni nə vaxt verdi? Aprel ayında bu tövsiyəni verib, elə həmin ayda dörd bankı bağladı. Bu bankları ona görə bağladı ki, onların xeyli problemli kreditləri vardı. Onlar kifayət qədər ehtiyat yaratmırdılar.

Ehtiyat yaratsaydılar, kapitalları azalacaqdı, az kapitalları olduğu üçün də Mərkəzi Bank həmin bankları bağladı. Bunu görən digər banklar fikirləşdi ki, insanlara və sahibkarlara güzəşt etsə, onun da problemli kreditləri yaranacaq və Mərkəzi Bank gəlib onları da bağlayacaq. Buna görə də heç bir kommersiya bankı bunu etmədi. Bu zaman sual yaranır ki, Mərkəzi Bank niyə bu tövsiyəni verdi? Bilə-bilə ki, bu tövsiyəyə heç bir bank əməl etməyəcək. Belə çıxır ki, Mərkəzi Bank bu tövsiyəni verməklə pandemiyadan zərər çəkən sahədə çalışan, kredit borcları olanları başından elədi".
Ə.Həsənov bildirir ki, xarici ölkələrdə pandemiyadan zərər çəkən sahələrdə çalışanlara bankların güzəşti onlara dövlət dəstəyindən qaynaqlanıb: "Avropada, Amerikada, Asiyada pandemiyaya görə bank kreditləri üzrə dövlət banklara yardım etdi. Banklar da borclulara güzəşt etdilər. Bu gün Azərbaycanda bankların vəziyyəti yaxşı deyil. Müştərilər əmanətlərini banklardan çıxarırlar. Əksər banklar borclulara güzəşt etməyə, doğrudan da qadir deyillər. Ona görə də Mərkəzi Bank tövsiyə yox, banklara yardım etməli idi ki, onlar da pandemiyadan zərər çəkmiş sahələrdə çalışanların kredit borclarına güzəşt etsinlər".

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kreditlərə güzəştlərlə bağlı məsələ Mərkəzi Bankın tövsiyəsi ilə bankların ixtiyarına buraxılıb: "Bank o tövsiyəyə əsasən öz müştərisinə, istəsə, güzəşt edər, istəməsə, yox! Əlbəttə ki, bütün banklar bu tövsiyəyə əməl etmir. Digər məsələ də ondan ibarətdir ki, bu, adından göründüyü kimi, tövsiyədir. Mərkəzi Bank heç bir halda banklara müdaxilə edə bilməz. Bizim əsas gözləntimiz kredit tətili idi. Amma Mərkəzi Bankın qərarında belə bir tətil yox idi. Qərara əsasən, kredit ödənişi davam etməli idi, banklar, hər hansı gecikmə olarsa, o gecikməni gecikmə kimi qeydə almamalı idilər. Beləcə sahibkarın kredit tarixçəsi pisləşməməli idi. Burada sahibkar üçün elə bir güzəşt yox idi.

Əsas güzəşt o ola bilərdi ki, sahibkarlara kredit tətili verilərdi. Bunun çıxış yolu banklara aşağı faizli kreditlərin yerləşdirilməsi ola bilərdi. Banklara manatla sıfır faizlə kredit verməli idi. Çünki banklar krediti almasalar, onlar depoziti geri ödəməyə çətinlik çəkə bilərlər. Banklar pulla təmin edilməlidir ki, əmanət, depozit öhdəliklərini yerinə yetirsinlər. Eyni zamanda o krediti iqtisadiyyata yönəltməklə qazansınlar. Bizdə isə 50 faiz subsidiyalaşmaya gedildi. Bu şərt yaxşı şərt olsa da çıxış yolu deyil. Subsiyadalaşma heç nəyi dəyişməyəcək.
Çünki pandemiyadan zərər çəkən sahələrdə faktiki fəaliyyət mümkün olmadığından, orada subsidiyalaşmaya ehtiyac yoxdur. Pandemiyadan tam zərərçəkənlərə kredit tətili verilməli idi. Bank sektorunu pulla təmin etmək lazımdır ki, onlar da müştırilərinə güzəşt edə bilsinlər".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024