Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-06-2017, 23:06)
Beynəlxalq Bank öhdəliklərini niyə yerinə yetirə bilmir? – RƏSMİ AÇIQLAMA

Beynəlxalq Bank öhdəliklərini niyə yerinə yetirə bilmir? – RƏSMİ AÇIQLAMA

 

Bəzi mətbuat orqanlarda Qazaxıstan KİV-lərinə istinadən bu ölkənin maliyyə naziri Bakıt Sultanovdan sitat gətirilərək Maliyyə naziri Samir Şərifovun adından “Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır” kimi xəbərlər dərc olunmaqdadır.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru mətbuat orqanlarına bu kimi xəbərləri yayarkən nazirliyin saytında və digər rəsmi mənbələrdə dərc olunan məlumatlara və press-relizlərə istinad etməyi tövsiyə edir (aşağıda rəsmi mənbələrin linkləri təqdim olunur).

Bu barədə Mediatv.az Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Belə ki, həmin məlumatlarda göstərilir ki, 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin məhkəmə predmeti olan cinayət əməlləri, habelə müəyyən olunmuş kredit riskləri üzrə limitlərin kobud şəkildə pozularaq qaytarılmayan və ümidsiz kreditlərin ayrılması ABB-nin fəaliyyətinə mənfi təsir göstərməklə bankın maliyyə mövqeyinin ciddi şəkildə zəifləməsinə səbəb olmuşdur.

Mayın 23-də ABB-nin sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdə bankın İdarə Heyətinin sədri Xalid Əhədov da 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməllərinin ABB-nin maliyyə mövqeyini zəiflətdiyini və itkilərə gətirib çıxardığını bildirmişdir.

Şübhəsiz ki, manatın məzənnəsinin ucuzlaşması da ölkədə fəaliyyət göstərən digər banklar kimi ABB-nin də maliyə vəziyyətinə mənfi təsir göstərmişdir, lakin bunu əsas səbəb kimi göstərmək tamamilə əsassızdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024