İqtisadiyyat (19-09-2017, 14:00)
Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb
Azərbaycanın iqtisadi ticarət partnyorlarının sayı artıq 180 ölkəyə çatıb. Keçən illər ərzində Azərbaycanda ümumi məhsul buraxılışı 22 dəfədən çox artıb. Azərbaycanın dövlət büdcəsi 26 dəfədən çox artım nümayiş etdirib".
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib: "Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb. O cümlədən 76 milyard dollardan artıq birbaşa xarici investisiya cəlb olunub".
Nazir əlavə edib ki, görülən tədbirlər nəticəsində Azərbaycanın planlı iqtisadiyyatdan liberal bazar iqtisadiyyatına keçidi təmin edilib.