İqtisadiyyat (22-01-2019, 19:30)
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdən bildiriblər.
Qeyd olunub ki, bu məqsədlə investorlar cəlb olunub. Lakin maliyyələşdirmənin neçə faizinin investorların vəsaitləri hesabına təmin ediləcəyi hələ məlum deyil.
Layihələrin sırasına Sabirabad rayonunda bioyanacaq (yanacaq qranulu) istehsalı müəssisəsi, Pirallahı rayonunda külək elektrik stansiyalarının tikintisi, Samux rayonunda aqroenergetika kompleksi və digərləri daxildir.
Planlaşdırılan layihələrdən ən irisi Pirallahıda dəyəri 800 və 408,9 milyon dollar olan iki külək elektrik stansiyası, həmçinin Xızı rayonunda dəyəri 377,7 milyon dollar olan külək stansiyasının tikintisidir.
Hökumətdən bildiriblər ki, külək elektrik stansiyaları elektrik enerjisi təminatında və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Eyni zamanda, layihələrin reallaşdırılması yerli infrastrukturun inkişafına kömək edəcək, Pirallahı rayonunda sosial-iqtisadi şəraiti yaxşılaşdıracaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025