Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (20-10-2018, 12:00)
ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

 

ABŞ-ın xüsusi məsələlər üzrə prokuroru Robert Müllerin Araz Ağalarovun “Crocus Group” şirkətinə aid məsələlərlə bağlı “BuzzFeed”də yayımlanan məqaləsindən sonra şirkətin Amerikadakı bütün bank hesabları bağlanıb.

Mediatv.az  “RBK”ya istinadən xəbər verir ki, bununla bağlı şirkət “Union Bank”dan məktub alıb. Bu barədə “Crocus”un regional inkişaf üzrə idarə direktoru və ABŞ-dakı nümayəndəsi İrakli Kaveladze məlumat verib. 

Sentyabrın 21-də “BuzzFeed”də Müllerin Ağalarovla Kaveladze arasında pul köçürmələri ilə maraqlanması haqqında material dərc olunub. Nəşrin qeydinə görə, Mülleri Araz Ağalarovun şirkət nümayəndəliyinin hesabına 9 iyun 2016-cı il tarixində 3,3 milyon dollar pul köçürmək cəhdi maraqlandırıb. Həmin tarixdə isə vəkil Natalya Veselnitskaya ABŞ-ın gələcək prezidenti Donald Trampın oğlu ilə “Trump Tower”da görüşüb. Veselnitskaya həmin görüşdə, ABŞ KİV-nin iddiasına görə, Trampın rəqibi Hillari Klintona bəzi “dəlillər” çatdırıb. Sazişlər isə 3 bank - “Citibank”, “JPMorgan Chase” və “Morgan Stanley” vasitəsilə həyata keçirilib. 

Kaveladzenin sözlərinə görə, “Crocus Group”un hesabları ABŞ-da yalnız “Union Bank”da olub. Bu gün isə artıq üç bank şirkətin yeni hesabların açılması ilə bağlı müraciətlərini rədd edib. 

“Şirkətimizin ABŞ-da fəaliyyətini dayandırması real təhlükə altındadır. Bu isə ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsinin cinayətkar addımının neqativ nəticələrinin cüzi hissəsidir”, - deyə Kaveladze əlavə edib. 

Qeyd edək ki, “Crocus Group”un ABŞ nümayəndəliyi "Sənin evin" ticarət şəbəkəsi üçün tikinti materiallarının və avadanlığın alınması ilə məşğul olur.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024