İqtisadiyyat (25-07-2018, 13:00)
Mehmanxanaların əldə etdiyi gəlirlər bəlli oldu - RƏSMİ
2018-ci ilin ilk 6 ayında ölkənin otellərində 1 milyon 289 min gecələmə olub.
Mediatv.az xəbər verir ki, rəsmi statistik məlumatlar bu göstəricinin ötən illə müqayisədə 19,3% artdığını göstərir.
Hotellər üzrə gecələmələrin mütləq çoxluğu – 62% paytaxt Bakı, 38%-i isə regionların payına düşüb.
Məlumata görə, hesabat dövründə otellərdə qalanların əksəriyyətini (72,6%), daha dəqiqliklə 935,2 min nəfərini əcnəbilər təşkil edib.
Turistlər arasında ilk üç yerdə müvafiq olaraq, BƏƏ (14,3%), Rusiya (14,1%), İran (6,6%) qərarlaşıblar.
İlk onluqda həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan, ABŞ, İsrail, Qətər kimi ölkələr də yer alıb.
Qeyd edək ki, ötən dövr ərzində hotellərin turizmdən qazancı 167 milyon manat təşkil edib ki, bu məbləğin 66,3%-i hotel nömrələrinin, yerdə qalan hissəsi isə qida və xidmətlərin satışından gələn gəlirlərin payına düşüb.