İqtisadiyyat (17-07-2017, 10:40)
Neft Fondunun Mərkəzi Banka transfert etdiyi məbləğ məlum oldu
Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin yanvar–iyun ayları üzrə gəlir və xərclərini açıqlayıb.
Mediatv.az fonda istinadən xəbər verir ki, büdcə gəlirləri 6 127,2 milyon manat, büdcə xərcləri isə 5533,8 milyon manat təşkil edib.
2017-ci ilin yanvar–iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 9,7 milyon manat olub.
Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 milyon təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb. 4,7 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.
Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edib.