İqtisadiyyat / Dünya (27-02-2018, 19:30)
Ərəb nazirdən neftlə bağlı mühüm açıqlama
Neft istehsalının məhdudlaşdırılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2018-ci ilin sonuna qədər balansın bərpasını gözləyirlər.
Mediatv.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheil Əl-Mazrui deyib.
O bildirib ki, bu il neft bazarının yenidən balanslaşdırılması ilə bağlı gözləntilər optimistdir.
Nazir neftə olan tələbatın artmasını gözləyir.
Nəzərə çatdıraq ki, 2017-ci ilin nəticələrinə görə, hasilatın azaldılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi səviyyəsi 107%, cari ilin yanvarında isə 133% olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə deyib ki, hazırda bazarın hansı istiqamətdə irəliləməsi ilə bağlı təhlillər aparılır. Ola bilər ki, hasilatın azaldılması şərtləri yumşaldılsın:
“Hesablamalarımıza görə, bu, 2019-cu ildə baş verəcək”.