Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-06-2017, 19:38)
OPEC+ Qazaxıstanın hasilatı artırmasına ilkin razılığını verib

Qazaxıstan "Kaşaqan" yatağında hasilatın artması səbəbindən neft hasilatının azaldılması ilə bağlı 25 may Vyana anlaşmasında üzərinə götürdüyü öhdəliyi dəyişə bilər.

Mediatv.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev "Astana" telekanalına müsahibəsində bildirib.

"Vyana görüşündə ilk növbədə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinə "Kaşaqan" yatağında hasilatın sentyabr ayından etibarən artacağı barədə məlumat vermişəm. Hasilat artdıqda öhdəlik şərtlərini dəyişdirmək istədiyimizi onlar qəbul ediblər. Bizə daha rahat şərtlər təklif edilib", - deyə K.Bozumbayev qeyd edib.

Qeyd edək ki, hazırda Qazaxıstan hasilatı 20 min barel/gün azaltmağı öhdəlik kimi qəbul edib. Qazaxıstanın yeni kvotalarına noyabr ayının sonunda Vyana anlaşmasının 3-cü nazirlər görüşü və OPEC-in 173-cü sammitində yenidən baxılacağı gözlənilir. Xatırladaq ki, "Kaşaqan" yatağında hasilatın builki 8,9 mln. tondan 2018-ci ildə 13 mln. tona qədər artması proqnozlaşdırılır. Bu da Qazaxıstanın 2018-ci ildən etibarən 80 min barel/gün daha çox neft hasil edəcəyi deməkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024