Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-02-2018, 12:49)
Növbəti hərracda 191 əmlak: səhmdar cəmiyyətləri, istehsal sahələri, ticarət və iaşə obyektləri özəlləşdirilməyə çıxarılıb

 

 

 

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyük həcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşmədə operativliyi təmin edir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinə paytaxtda və regionlarda yerləşən ərzaq mağazalarını, emalatxanaları, restoranları, ictimai iaşə obyektlərini, aqrar sahəsi üçün yararlı olan yardımçı təsərrüfatları nümunə kimi göstərmək olar. Bu əmlaklar Bakı ilə yanaşı Gəncə, Yevlax, İmişli, Mingəçevir, Quba, Şəmkir və digər rayonlarda yerləşir. Paytaxt üzrə 13 mağaza, 7 emalatxana, 1 yeməkxana və digər sahələrə aid obyektlər özəlləşdirilməyə çıxarılıb. Regionlar üzrə isə 9 emalatxana, 18 mağaza, 3 ictimai iaşə obyekti, 14 mədəniyyət evi və klublar, 5 restoran, 3 yardımçı təsərrüfat və digər əlverişli əmlaklar sahibini axtarır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 20 kv.m ilə 3 min kv.m arasında dəyişir.

Hərracda ticarət obyekti kimi investorlar üçün əlverişli olan əmlaklar sırasında Sumqayıtda yerləşən "Bolluq" bazası xüsusi göstəricilərə malikdir. Adı çəkilən əmlakın torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 28 min kv.m-dən çoxdur yaxındır.

Yüngül sənaye üçün əlverişli əmlaklardan olan Qovlar tikiş fabrikinin Goranboy sahəsi də investora yaxşı qazanc gətirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 660 kv.m, torpaq sahəsi isə 3 min kv.m-dir. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi öz töhfəsini verə bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətləri var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 53-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahəsi Daşkəsəndə, Mingəçevirdə, Göyçayda və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 400 kv.m arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024