İqtisadiyyat (8-12-2017, 19:30)
SOCAR Vyetnam şirkətini neftlə təmin edəcək
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti Vyetnamın “Binh Son Refining and Petrochemical Co” (“BSR”) şirkətini “AzəriLayt” (“Azeri Light”) markalı neftlə təmin edəcək.
Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “SOCAR Trading SA” ilə “Binh Son Refining and Petrochemical Co” bununla bağlı müqavilə imzalayıblar. 2018-2021-ci illəri əhatə edəcək müqaviləyə görə, “SOCAR Trading” “BSR”-ni ayda 3 milyon barel “AzəriLight” markalı neftlə təmin edəcək. “SOCAR Trading” qeyd edilən dövrdə Vyetnam şirkətinin aylıq 2 milyon barel digər markalı xam neftlə təminatını həyata keçirəcək.
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR-ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.