Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-10-2017, 17:00)
Azərbaycan əhalisinin xərcləri – STATİSTİKA

Azərbaycan əhalisinin xərcləri – STATİSTİKA

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1% üstələyərək, 24,8 mlrd. manata bərabər olub.

Mediatv.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 12,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4% və 2,9% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12,0%-ni ticarət müəssisələri, 53,2%-ni fərdi sahibkarlar, 34,8%-ni isə bazar və yarmarkalar satıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9%, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalar üzrə 1,2% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və yaxud 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024