Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-09-2017, 12:19)
Bir ölkə sakini ərzağa aylıq nə qədər pul xərcləyir? -Rəsmi

Bir ölkə sakini ərzağa aylıq nə qədər pul xərcləyir? -Rəsmi

 

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2% üstələyərək 21,7 mlrd. manata bərabər olub.
 
Mediatv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 11 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2% və 2,8% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12%-i ticarət müəssisələri, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4%, fərdi sahibkarlar üzrə 1,9%, bazar və yarmarkalar üzrə 0,5% artıb.
 
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024