Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-12-2016, 20:15)
Azərbaycanda avtomobillər bahalaşıb

173256_res_01

Cari ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,5% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma isə 10,4% səviyyəsində olub.
Mediatv.az:   Minik avtomobillərinin ehtiyat hissələri də noyabr ayı ərzində 0,9% bahalaşıb. Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə isə 30,7% artım qeydə alınıb.

Xatırladaq ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində minik avtomobillərinin qiymətində illik cəmi 2,9%, ehtiyat hissələrinin qiymətində isə 3,3% artım qeydə alınmışdı.
Rəsmi statistikaya əsasən, velosipedlər də noyabrda 0,8% bahalaşıb. İllik artım isə 20,3% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% artıb.

2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,7%, o cümlədən ərzaq məhsulları 2,6%, qeyri-ərzaq məhsulları 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3% bahalaşıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024