Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-08-2017, 13:52)
Jurnalistlər banklara müraciət etdi: Əksəriyyətini ancaq pul maraqlandırır

Jurnalistlər banklara müraciət etdi: Əksəriyyətini ancaq pul maraqlandırır

 

Dünyada baş verən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Qlobal böhran ölkəmizin iqtisadi qurumlarının işinə, xüsusilə də bank sektoruna ciddi təsir göstərdi.

Mediatv.az  modern.az-a istinadən xəbər verir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da banklar, demək olar, dövlətin əsas maliyyə sütunlarından biridir.

Ölkəmizdəki mövcud bank-müştəri təmaslarında yaranmış durumu nəzərə alaraq Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bank  istehlakçılarının maliyyə savadlılığının artırılmasına dair layihə həyata keçirib.

PJB sədri Elşad Eyvazlının sözlərinə görə, layihə çərçivəsində jurnalistlər iqtisadçı ekspert və millət vəkilləri ilə birlikdə regionlarda olublar, əhali arasında görüşlər keçirilib, insanlarda kredit mədəniyyəti haqqında bilgilərə aid müzakirələr aparıblar.

Nəticədə Bakıdan kənarda insanların kredit mədəniyyəti haqqında anlayışlarının çox aşağı səviyyədə olduğu ortaya çıxıb: “Regionlarda görüşüb söhbət etdiyimiz elə adamlar var ki, heç bilmirdilər ki, krediti niyə götürüblər. Kredit borcu olanların əksəriyyəti borcu qaytarmağın vacib olduğunu sanmırlar. Məsələnin ən böyük fəsadlarında biri ondadır ki, banka depozit yerləşdirənlərin də durumu pisləşir. Müştəri kredit pulunu qaytarmırsa, bunu kim ödəməlidir? Axı adətən, insanlara kredit digər müştərilərin əmanətindən verilir. Kredit qaytarılmadığına görə, digər vətəndaşların əmanətləri də təhlükə altına düşür, bank da bu müştərilər qarşısında etibarını itirir. Digər ciddi məsələ zaminlərlə bağlıdır. Krediti götürən adamdan daha çox zaminlər əziyyət çəkir. Bir çox halda isə bank nümayəndələrinin təqsiri ucbatından ciddi problemlərin yaranır”.

E.Eyvazlının sözlərinə görə, regionlarda keçirilən çoxsaylı görüşlər zamanı bəlli olub ki, kredit götürən vətəndaşların, demək olar, heç biri bankla bağlanan müqavilənin şərtlərini oxumur: “Əksəriyyəti ancaq  pulla maraqlanırlar ki, müqavilədə nələrin olduğunu bilməyiblər. Ona görə də sonradan problemlər yaranıb. İndi elə vəziyyət yaranıb ki, imkanı olan insanlar da vaxtilə götürdüyü krediti qaytarmaq istəmirlər, sanki bu borcların silinəcəyini gözləyirlər. Hesab edirəm ki, bu məsələdə mediamız da arzuladığımız şəkildə işləmədi. İqtisadiyyatdan anlayışı olmayan bəzi ekspertləri mediaya çıxarıb müəyyən yanlış çağırışlar etdilər, insanları krediti qaytarmamağa çağırdılar. Bu da insanları səhv istiqamətə yönəltmiş oldu”.

Həyata keçirilən layihə çərçivəsində aparılan araşdırmalar göstərib ki, Azərbaycanın bütün bölgələrində bu məsələ ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var: “Hətta kəndbəkənd maarifləndirmə aparılmasına ehtiyac var. Kredit mədəniyyəti, maliyyə savadlılığı ilə bağlı görüşlər keçirilməli, durum haqqında bilgilər verilməlidir. Odur ki, Parlament Jurnalistlər Birliyi Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və bütövlükdə bütün banklara müraciət ünvanlayıb. Bu sahədə kifayət qədər təcrübəmiz var. Bizim təşkilata 100-dən artıq jurnalist daxildir, elə bir media qurumu yoxdur ki, orada təmsilçimiz olmasın. Bu baxımdan, media nümayəndələri olaraq regionlarda bu sahədə maarifləndirmə işlərinin aparılmasını təşkil etmək istəyirik. Digər tərəfdən, bu sahədə medianın monitorinqinin aparılmasına, yanlışların ortaya çıxarılmasına ehtiyac da var. Həqiqətən də, banklar bu problemin həllində maraqlıdırlarsa, insanlar arasında kredit mədəniyyəti ilə bağlı maarifləndirici işlərin aparılmasına mütləq dəstək verməldirlər”.

Qeyd edək ki, PJB tərəfindən maliyyə savadlılığına, xüsusuilə də kredit mədəniyyətinə dair maarifləndirmə işlərinin aparılması, bu mövzuda medianın monitorinqinin aparılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və ölkədə fəaliyyət göstərən banklara müraciət hazırlanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024