İqtisadiyyat (24-07-2015, 12:46)
Neft Fondunun ehtiyatları 1.4 milyard azaldı
Fondun vəsaitinin idarə olunmasından cəmi 241,9 milyon manat gəlir əldə olunub
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (DNF) büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib.
Fondun məlumatına görə, cari ilin birinci yarısında Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
- Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat,
-Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılmışdır.
- "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılıb.
- 5,9 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.
- "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.
2015-ci il iyulun 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 3,56 faiz azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır.
"Neft Fondu 6 aylıq büdcə məlumatlarını açıqlayıb. Yarım ilin nəticələrinə görə, Fondun gəlirləri 4 milyard manat ətrafında olub. Gəlirlərin 3.5 milyard manatı dövlət büdcəsinə yönəldilib. 2015-ci ilin dövlət büdcəsi haqqında Qanuna görə, bundan sonrakı 6 ayda büdcəyə əlavə olaraq 6.9 milyard manata yaxın vəsait köçürülməlidir. Qiymətlər indiki səviyyədə qalacağı tədqirdə növbəti 6 ayda da Neft Fondunun gəlirlərinin 4 milyard manat ətrafında olacağı nəzərə alınsa, həmin müddətdə 6.9 milyard manat transfert üçün tələb olunan əlavə 3 milyard manata yaxın vəsaitin hansı mənbədən götürüləcəyi maraqlıdır".
Bunu isə tanınmış iqtisadçı ekspert Rövşən Ağayev "Facebook" səhifəsində Neft Fondunun hesabatını şərh edərkən yazıb. Ekspertin fikrincə, burada hələ Fondun öz xərclərini də nəzərə almaq gərəkdir. İndiki qiymətlərlə, büdcəyə ən yaxşı halda 7 milyard manat transfert real görünür. Amma proqnoza görə, 10.4 milyard transfert olmalıdır.
R.Ağayev yazır ki, 6 aylıq nəticələrin təhlili Vergilər Nazirliyinin vergi daxilolmalarının da ilin sonuna təxminən 500 milyon manat kəsirlə icra edilmək riskindən xəbər verir. Ekspertə görə, hər 2 mənbədən qeyd olunan miqyasda mümkün gəlir itkiləri nəzərə alınsa, hökumət artıq indidən dövlət büdcəsinin tam icrası üçün 3.5-4 milyard manat gəlirin mənbəyini tapmalıdır. "Burda 2 mümkün alternativ var: ya Fondun ehtiyat aktivləri büdcəyə cəlb edilir, ya da hökumət gəlirlərin azalmasına uyğun xərcləri ixtisar edir. Üçüncü alternatv ikisinin qarışığıdır - xərclərin bir hissəsini ixtisar edir, Fondun aktivlərindən bir qədər cəlb edilir. Amma hələ də hökumət qurumlarında və Ana Yasaya görə büdcəyə nəzarət səlahiyyəti daşıyan Parlamentdə mümkün büdcə ssenariləri ilə bağlı heç bir müzakirə yoxdur", - deyə R.Ağayev yazıb.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024