Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-03-2017, 12:38)
Hökumət istəsə belə, qiymət ucuzlaşdırmaq effekt verməyəcək - Ekspert

erzaq
“Bugünkü qiymət artımı bir ay bundan öncə dolların baha olması ilə bağlıdır ki, biz onu bu gün hiss edirik. Çünki bazarda qiymət artımı birdən- birə baş vermir, nə də formalaşmır?! Sadəcə, biz onu bu gün hiss edirik”.
 Mediatv.az xəbər verir ki, bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.
Onun sözlərinə görə, iş adamları dollar baha olan zaman məhsullarını alıb yığıb anbarlara və baha aldıqları məhsulları başlayırlar istehlakçıya satmağa:
“Dollar ucuzlaşsa da, bazarda qiymət enmir”.
Ekspert hesab edir ki, qiymətlərin aşağı enməsi üçün manatın uzunmüdətli sabitliyi olmalıdır.
“İş adamları isə manatın  uzun müddət mövqeyinin möhkəmlənməsinə inamı yoxdur. Onların yaxın gələcəkdə  dolların manata nisbətdə yenidən bahalaşcağından ehtiyat etdiyindən məhsullarını da  baha satırlar. Odur ki, indiki şəraitdə  nə gündəlik qida məhsulunun, nə də digər məhsulların ucuzlaşmasını gözləməyə dəyməz”- deyə, o, vurğulayıb.
manat_dollar_euro_2
Ekspert  qiymət artımının digər amilini  Novruz bayramı ərəfəsinin olması ilə izah edib.
 S. Əliyevin fikrincə,  qiymətin ucuzlşaması  apreldə ola bilər: “Əgər aprelədək dollar  bahalaşmasa, o zaman biz ucuzlaşmanın  şahidi  ola bilərik”.
 
Dolların bahalaşması məsələsinə gəldikdə isə S.Əliyev deyib ki, bu, mütləq olacaq.
“Düzdür, demirəm əvvəlki kimi kəskin artım olacaq, ancaq tədricən dollar  bahalaşacaq”-deyə, ekspert vurğulayıb.
Hökumətin  süni qiymət artımınaın qarşısını alması və buna müdaxilə etməsinə gəlincə,  ekspert  hökumətin inzibati yollarla qiymət endirimini düzgün addm hesab etmir.
“İstənilən halda hökumətin atacağı addım hər zaman olduğu kimi, bu dəfə də əks effekt yaradacaq.  Hökumət bir müddət süni yolla qiyməti endirir, ancaq  müəyyən müddətdən sonra  bunu saxlaya bilmir və nəticədə qiymətlər kəskin artır.
Çünki  inzibati yolla qiyməti endirmək  qısa müddət effekt versə də, uzun müddətə effekt vermir. Və bunun fəsadı daha pis olur. Məcburi qiymət endirimi çıxış yolu deyil. Bazarda qiyməti tənzimləmək  üçün normal rəqabət mühiti formalaşdırmalıdır.
Digər məqam isə idxalatdakı maneləri aradan qaldırmaqla şəffalığa nail olunmalı, vergi güzəştləri tətbiq edilməlidir”- deyə, S.Əliyev bildirib.
samir
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024