Türk lirəsinin məzənnəsi dollara nisbətdə 3,1156 lirə təşkil edərək bu gün tarixi minimumu yeniləyib.
Mediatv.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat verir.
Ekspertlərin fikrincə, buna ABŞ Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılması ehtimalı, eləcə də Suriya və İraqda hərbi əməliyyatların fəallaşması təsir göstərib.
Qeyd edək ki, buna qədər türk lirəsinin ən aşağı məzənnəsi oktyabrın 13-də olub - 3,1058 lirə/dollar.