İqtisadiyyat (17-10-2016, 15:46)
Banklar dolların qiymətini qaldırmaqda davam edirlər
Mərkəzi Bankın rəsmi Dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları ucuzlaşdırmırlar, hətta bir sıra banklar ötən həftənin cümə günü ilə müqayisədə bahalaşdırıblar. Ötən həftənin cümə axşamı və cümə günləri də banklar dolların alış və satış qiymətlərini artırmışdılar.
Mediatv.az xəbər verir ki, bu gün Bank of Baku, Amrahbank, Bank BTB, DəmirBank və Turanbank dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar.
Məsələn, ötən həftənin cümə günü 1 Dolları 1.5700 manata alan Bank BTB, bu gün 1.5900 manatdan alır.
Ötən cümə günü 1 Dolları 1.5900 manatdan alan, 1.6090 manatdan satan Bank of Baku bu gün dolları 1.5950 manatdan alır, 1.6140 manatdan satır.
Ötən cümə günü 1 Dolları 1.5600 manatdan alan TuranBank, bu gün 1.5920 manatdan qəbul edir.
Ötən cümə günü 1 Dolları 1.5970 manatdan alan, 1.6090 manatdan satan Amrahbank, bu gün 1.6030 manatdan alır, 1.6110 manatdan isə satır.
Ötən cümə günü 1 Dolları 1.5850 manatdan alan, 1.6060 manatdan satan Dəmirbank bu gün 1.5900 manatdan alır, 1.6130 manatdan satır.
Bir sıra bankların xarici valyuta satışına limit qoyuduğu da bildirilir.
Qeyd edək ki, bu gün ( 17 Oktyabr 2016) ötən həftənin cümə günü ilə müqayisədə rəsmi USD/AZN məzənnəsi aşağı düşərək 1.5969 manat olub. Son 39 gündə isə rəsmi məzənnə 1.6403 manatdan 1.5969 manata geriləyib.
Mərkəzi Bankın yeni hərrac qaydalarına görə, hərracdakı tələb, hərraca çıxardılmış və satılmış məbləğ ictimaiyyətə açıqlanmır. Buna görə, Mərkəzi Bankın açıqlamasından məzənnənin aşağı düşdüyü görünsə də, əslində tələbin təklifdən çox olduğundan şübhələnilir. İddia olunur ki, banklar istədikləri məbləğdə dolları hərracdan ala bilmirlər. Bu səbəbdən də banklarda dolların düşməsi rəsmi məzənnədəki kimi hiss olunmur.
Sabah valyuta hərracından sonra Dollarda artım tendensiyasının davamlı olub-olmadığı məlum ola bilər. Əgər Mərkəzi Bank və Neft fondu birgə vəsait təklif edərsə, bankların dolları bahalaşdırması dayana bilər. (Marja)