İqtisadiyyat (12-10-2016, 17:48)
Beynəlxalq Bankdakı 1 mlrd-ın aqibəti necə olacaq?
Dövlət Neft Fondu barədə qanunvericiliyə əsasən, fond öz vəsaitlərinin 5%-ni daxili bazarda, yəni yerli banklarda yerləşdirə bilər. Fondun vəsaitlərindən 1 milyard dolların Azərbayan Beynəlxalq Bankında yerləşdirilməsi də bu qaydalara əsaslanır.
Mediatv.az xəbər verir ki, bu barərə Dövdət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, hazırda fondun vəsaitlərinin 34 milyard dollar olduğunu nəzərə alanda mövcud qaydalar imkan verir ki, bunun 1,6 milyard dolları yerli bazarda yerləşdirilsin. Yəni qanunvericilik hələ yarım milyard dolları da banklarda yerləşdirməyə imkan verir. Amma bu vəsaitlərin başqa banklarda yerləşdirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, fondun vəsaitlərinin idarə olunması barədə qaydalara əsasən, bu vəsaitlər yüksək reytinqli banklarda və maliyyə qurumlarında yerləşdirilməlidir. ABB-nin reytinqi isə mənfidir. Şahmar Mövsümov bu halı onunla izah edib ki, ADNF-nin vəsaitlərini idarə olunması barədə qaydalara görə, reytinq tələbi xarici investisiyalara aiddir. Daxili bazarda isə yüksək nüfuza malik banklardan söhbət gedir. Bu gün də ABB ölkəninin ən əsas banklarından biridir. Buna görə də vəsaitlərin burada yerləşdirilməsi qaydalara zidd deyil.
Qeyd edək ki, fondun vəsaitləri banka 1 illik müddətə illik 4%-lə yerləşdirilib.
«ABB vəsaiti nəzərdə tutulduğu kimi, qaytara bilməsə, necə olacaq?» sualına cavab verən Şahmar Mövsümov bildirib ki, bu barədə danışıq aparılmayıb. Bu məsələ barədə il başa çatanda danışacağıq. Əgər depozitin müddətinin uzadılması lazım olarsa, uzadılacaq». (Fins.az)