İqtisadiyyat (5-05-2014, 11:30)
Güclü dolu Göyçaya böyük ziyan vurub
Mayın 4-də gecə saatlarında Göyçay rayonuna güclü dolu düşüb.
APA-nın məlumatına görə, ötən gecə saat 22:00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Qoz və yumurta boyda düşən dolu əsasən rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Mənzillərin dam örtükləri, pəncərələri və maşınların şüşələri sınıb. Rayonların enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Ötən gecədən bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.
Yerli sakinlər Göyçayda belə güclü dolu yağışının uzun illərdir müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib: “Ağaclarda nəinki dəyməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yanıb. Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. İstixanaların üzərində olan sellofon örtüklər cırılaraq məhsulları yararsız hala salıb”.
Təbii fəlakət Göyçayla bərabər, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarından da yan keçməyib. Kənd sakinlərinin sözlərinə görə, bu il rayonda məhsuldarlıq çox az olacaq. Çaylarda suyun səviyyəsi artdığından, dağ kəndlərində həyətyanı sahələri su basıb.
Hazırda Göyçay Rayon İcra Hakimiyyətlərində və kənd icra nümayəndəliklərində dolunun əhaliyə vurduğu ziyanın müəyyən edilməsi üçün toplantılar keçirilir. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri sakinlərlə görüşərək, onların şikayət və təkliflərini dinləyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025