İqtisadiyyat (5-09-2016, 17:49)
Rusiya və Ərəbistan bəyanat imzaladı - Neftin qiyməti artacaq
Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.
Mediatv.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakov və Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh tərəfindən imzalanmış, ölkələrin birgə bəyanatında deyilir.
"Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər", - bəyanatda deyilir.
Bundan başqa, nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması haqqında razılığa gəlib. Həmin işçi qrup neft bazarının fundamental göstəricilərini izləyəcək və bazarın sabitliyini təmin etmək üçün tədbirlər və birgə fəaliyyət üzrə tövsiyələr hazırlayacaq.
Report.az