İqtisadiyyat (23-08-2016, 12:28)
“Dollara tələbat artacaq” - Ekspert
“SOCAR avqustun növbəti günləri ərzində ölkəyə 45 min ton 92 markalı benzin idxal edəcək”
Mediatv.az xəbər verir ki, bunu Politika.Az-a iqtisadçı-eskpert Samir Əliyev deyib.
Onun məlumatıan görə, benzin Yunanıstan, Rumıniya və Rusiyadan gətiriləcək: “Bu benzini almaq üçün dövlət şirkətinə təxminən 20-30 miyon dollar tələb olunacaq. Həmin dollarlar güman ki bazardan alınacaq. Deməli, bazarda dollara tələbat bir az da artacaq. Manat real bazar dəyərini almayıb və buna görə də ucuzlaşmaqda davam edəcək”.
Qeyd edək ki, manatı bazardan yığıb çıxarmaqla dollar-manat proporsiyasına nail olmaq hələ valyuta sabitliyi demək deyil. Hər iki valyutaya tələb-təklif nisbəti bu həddi özü formalaşdırmalıdır. Ona görə manatı bazardan yığıb çıxarmaqla dollara süni tələb formalaşdırmaq mümkün olmayacaq. Çünki, dollar tələbi hələ də ən yüksək valyuta olaraq qalmaqdadır.