İqtisadiyyat (24-06-2016, 23:12)
Bu gün birjalar “silkələndi”- Britaniyanın qərarı manata da təsirsiz ötüşməyib
Böyük Britaniyanın Avropa Birliyindən çıxması öncədən gözlənildiyi kimi dünuya birjalarına dərhal öz təsirini göstərib.
Mediatv.az: ANS TV-nin məlumatına görə, nəticələr açıqlanandan dərhal sonra Britaniya Funtu dollara nisbətən 8% dəyər itirib.
Paralel olaraq Avropa Birliyinin vahid valyutası Avro 3% ucuzlaşaraq 1 dollar 10 sentə düşüb. Bunu səbəbi isə baş verən hadisələrdən sonra investisiya aləti kimi Avro və Funta inamın itməsi göstərilir.
Mütəxəsislər yaxın vaxtlarda qızılın qiymətinin bahalaşacağını praqnozlaşırır. Çünki bu əsas valyutalara inam azaldığından vəsaitlər qızıla yatırıla bilər.
“Brexii”-in təsiri ilə neft də dəyərdən düşüb. Ötən gün qara qızıl dünya bazarında 50 dollara civarında satılırdısa bu gün hətta qısa müddətə 47 dollara bərabər olub. Bütün bunların isə bazara ilkin emosionla təsiri olduğu bildirilir. Zamanla bazarda reallığın ortaya çıxacağı və sabitləşmə gözlənilir
Azərbaycan milli valyutasında da dəyişiklik olub. Bu gün 1 dollar son 1 ayın ən yüksək səviyyəsinə çatıb və rəsmi məzənnə 1 manat 53 qəpikdən xeyli uzaqlaşıb. Üstəlik bu gün Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra dünyada dollar möhkəmlənir. Bu isə Azərbaycanda da anoloji prosesi gözləməyə əsas verir.
Banklarda aparılan müşahidələr göstərib ki, əhali arasında ABŞ valyutasına elə də böyük tələbat yoxdur. Bank nümayəndələri də dollara tələbatın kəskin artımının olmadığını deyiblər. Bu isə onu deməyə əsas verir ki, dollar alışını daha çox hüquqi şəxslər və banklar həyata keçirir.