Sosial (Dünən, 23:27)
Elnur Baimovu kim danışdırır?

Çox keçmədi ki, Day.az-da ulduzu parlayan E.Baimov Turbo.az, Tap.az, Bina.az, Bos.az, Gun.az, “Muğam radio” və s. kimi böyük media resurslarına rəhbərlik etməyə başladı. Bu gün Adnan Əhmədzadə ilə dostluğu heç bir şübhə doğurmayan və onun “kino biznesi”nə rəhbərlik edən Zaur Darabzadə də E.Baimovun patronajlığı altında “Day.az radiosu”na rəhbərlik edirdi. Media sahəsində külli miqdarda gəlir gətirən resurslar E.Baimovun sürətlə varlanmasının və inkişafının əsas ruporu rolunda çıxış edirdi.
Bir müddət sonra isə Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxın dostluq münasibətləri olan E.Baimov birinciyə məxsus “Qaran Holdinq”in tərkibində “Qarant Media Holdinq” yaratdığını da bəyan etdi. “National Geographic” və xeyli sayda ictimai-siyasi məzmunlu resurslar da media holdinqə daxil edilməli idi. Kütləvi ictimai qınaqdan sonra “Qarant Media Holdinq” rəsmən fəaliyyətə başlaya bilmədi. Amma bu uğursuzluq onun məmur obrazının merkantil cizgilərini də yaratmış oldu.
Belə ki, A.Məmmədov bu dəfə E.Baimovu məmur obrazında cəmiyyətə sırımağa çalışdı. Nəhayət 2021-ci ilin sentyabr ayında E.Baimovu Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə gətirdilər. O, cəmi bir neçə ay sonra - həmin ilin oktyabr ayında bu postdan istefa verdi və yalnız biznes fəaliyyəti ilə məşğul olacağını bildirdi. E.Baimov NİİM-nin rəhbərliyindən getsə də, öz yaxın dostunun bu quruma rəhbərlik edəcəyini bildirdi. Bu şəxsin kimliyi isə ictimaiyyətə yad deyil.
Lakin yenidən media sahəsində qayıdan E.Baimov 2013-cü ilin iyul ayında Oxu.az, digər iri media resurslarını təsis etdi və bundan sonra okeanın o ayına - ABŞ-a köç etdi. Bir müddət səssiz qalan E.Baimovun Harvard Universitetində təhsil aldığı və ABŞ-da böyük biznes fəaliyyəti ilə məşğul olduğu ilə bağlı iddialar dolaşırdı. O isə bu iddiaları, nə təsdiq, nə də təkzib edirdi.
E.Baimov A.Əhmədzadənin həbsi öncəsi yenidən aktivləşib. O, 2025-ci ilin iyun ayından özünün Feysbuk hesabında “Azərbaycan Qlobal Media Group”ə rəhbərlik etdiyini paylaşdı. (Foto şərhdə). Bu müddət ərzində yalnız bir məqalə istisna olmaqla, digər bütün paylaşımlarını A.Əhmədzadəyə həsr edib. O, ABŞ-da Azerbaijan.us, Vestibaku, BakuHeute, Bakou24, Azerbaiyán Hoy, Baku Gündəm, Azeri.TV media resurslarını da təsis edib.
E.Baimov barədə bütün bunları yazmaqda məqsədim A.Əhmədzadənin həbsindən sonra onun yazdığı şərhə diqqət çəkməkdir. O, A.Əhmədzadənin dostları tərəfindən müdafiə olunmaması ilə bağlı yazılan statusa belə bir şərh yazmaqla, sistemə qarşı (oxu: dövlətə, hakimiyyətə) müxalif münasibətini sərgiləyir. Sistemin qəzəbini və bütün problemlərin məhz sistemdən qaynaqlandığını önə çəkir (Əsas foto). Təbii ki, E.Baimovun son davranışları A.Əhmədzadənin həbsini siyasiləşdirməyə cəhd etdiyinin açıq ifadəsidir.
Heç şübhəsiz, hansısa həqiqi müxalifətçi belə bir şərh yazsaydı, təəccüblə qarşılanmazdı. Amma bu adam E.Baimovdur, Azərbaycanda qazandığı milyonlarla vəsait hesabına özünə təm-təraqlı həyat şəraiti və ABŞ-ın Virciniya ştatında böyük biznes qurub. Bu siyasi sistemin hesabına layiq olmadıqları həyata sahiblənənlər niyə sonradan müxalifətçilərə çevrilirlər? Bu, nədir, revanş, necə başa düşək?!
Müəllif: Samir Feyruzov

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025