Sosial (Bu gün, 11:55)
“Bir çox hallarda avtobuslar gecə 12-yə qədər işləyəcək”

Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir: “Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xətdən çıxarılır və və depoya yönləndirilir”.
A.Rzayev əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq: “Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
22 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025