Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-04-2016, 15:17)
"Aqrarkredit": Beynəlxalq Bankın 3,5 mlrd. manata yaxın toksik aktivləri təmizlənib

 

2016-cı ilin martın 31-ə olan məlumata əsasən, Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. 459 mln. manat həcmində toksik aktivləri təmizlənib.

 

Xeberinfo.com:  "APA-Economics" xəbər verir ki, bu barədə məlumat “Aqrarkredit” səhmdar kredit təşkilatının (SKT) hesabatında deyilir.

Hesabata əsasən, cari ilin aprelin 1-ə dövlət bankından qəbul olunmuş aktivlər və təhvil-təslim üzrə tələblər 3 mlrd. 458,908 mln. manat təşkil edib.

Yeri gəlmişkən, bu ilin aprelin 1-ə "Aqrarkredit" 3 mlrd. 496,353 manatlıq borc qiymətli kağızları (istiqrazlar) buraxıb.

Xatırladaq ki, bundan öncə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı açıqlamada qeyd olunub ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. manat həcmində toksik aktivləri təmizlənib. Toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi də azalıb. Manatın devalvasiyasına baxmayaraq yuxarıda qeyd edilənlər bankın adekvatlıq əmsalının 12% civarında qorunub saxlanmasına imkan verib. Agentliyin analitikləri qeyd edir ki, toksik aktivlərin təmizlənməsinə baxmayaraq bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı, əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam olaraq bərpa etmək mümkün olsun.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024