Lənkəran rayonu, Şürük kənd sakini Vəlizadə Azər Şamil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Aqroserviz” ASC-nin Lənkəran Maşın Sınaq Stansiyasında özbaşınalıqlar baş alıb gedir:
“Mən, Vəlizadə Azər Şamil oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi işıqılandırasınız.
Ağayev Şahin Şirəli oğlu “Aqroserviz” ASC-nin Lənkəran Maşın Sınaq Stansiyasına sədr gələndən burada özbaşınalıq daha da artdı. Bildirim ki, idarənin 12 ha və 6 ha olmaqla, ümumilikdə 18 ha ərazisi var idi. Həmin ərazilərdə iş yerləri yaratmaq olardı.
Amma idarədə savadlı kadr demək olar ki, yoxdur. Ağayev Şahin Şirəli oğlu riyaziyyat müəllimi olub. Aqromexanika idarəsində riyaziyyat müəllimi işləyir. Sağ olsun, nəslində-kökündə işsiz adam qoymayıb, bütün qohum-əqrabası burada işləyir.
Qohumu Elşad vaxtılə elektrik işləyirdi, indi idarədə baş mühasib vəzifəsində çalışır.
“Hidrometerologiya”nı qurtaran, aqromexanikadan heç bir anlayışı olmayan qohumu Sədaqət Əliyev isə mühəndis vəzifəsini icra edir.
Bibisi oğlu Elnur Əzizov idarədə direktor əvəzi işləyir. Bir sözlə, Şahin Ağayev 6 ayın içində bütün qohum-əqrabasına gün ağladı. Görünür, bu səbəbdən də idarədə heç bir şikayətə baxmırlar.
“Aqroserviz” ASC-nin kuratoru da Elnur Əzizovun daysı oğludur. Elnur Əzizov 2022-2023 illərdə direktor əvəzi olub və həmin dövrdə bütün qohumlarını orada işə qoyub. O, gedəndən sonra isə yerinə Şahin Ağayevi qoyub”.