İqtisadiyyat (22-04-2016, 13:45)
"Əks halda banklar bu vəziyyətdən çıxa bilməyəcək" - ŞƏRH
Bir müddət öncə bankların ləğv olunması və birləşməsi prosesi gedirdi. Əmanətlər sığortalansa da, birləşən və ya müflis olan bankların çoxundakı vətandaş əmanətlərinin qaytarılması prosesində problem yarandı. Bu isə əmanətçilərin banklara olan etibarını da azaltdı. Son günlər daha iki bankın - Bank Standard və Azərbaycan Beynəlxalq Bankın aktivlərini birləşdirməklə bağlı danışıqlar apardıqları deyilir.
Mediatv.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev Qaynarinfo.az-a açıqlamasında bildirb ki, bu gün çətin durumda olan banklar birləşməsə, gələcəkdə vəziyyətdən çıxa bilməyəcəklər. Onun sözlərinə görə, bankların birləşməsi bütün hallarda onların bağlanması demək deyil:
"Bank bağlanada sığorta dövriyəyə girir. Sığorta 3 il müddətinə əmanətlərə zəmanət verir .Bir şərtlə ki, manatla olan əmanət 12, dollar və digər xarici valyutalarla olan əmanət isə 3 faizlə yerləşdirilsin. Ondan artıq faizlə qoyulubsa, həmin əmanətlər qorunmur. Birləşmə bankın bağlanması hesab olunmadığından, bankların birləşməsinin əmanətçilər üçün təhlükə törədəcəyini düşünmürəm.
Birləşmə uğurla və düzgün qiymətləndirmə nəticəsində aparılarsa, bu bankın güclənməsinə gətirib çıxarır. Əslində bütün dünyada birləşmə məhz buna gedir. Amma bu Azərbaycanda baş vermir. Birləşmədə məqsəd güclənməkdir. Ona görə də, bankın bağlanmasındansa, birləşməsini daha məqbul sayıram. Təssüf ki, bu tam baş vermir. Hesab edirəm ki,, banklar birləşməlidir. Əks halda, bu gün çətin durumda olan banklar gələcəkdə bu vəziyyətdən çıxa bilməyəcəklər. Mövcud problemin aradan qaldırılmasının əsas yolu birləşməkdir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024