İqtisadiyyat (14-04-2016, 16:52)
TAP-ın bir hissəsinin podratçısı bilindi
“TAP AG” Konsorsiumu Trans-Adriatik Kəmərinin inşası layihəsinin dəniz hissəsi ilə bağlı İtaliyanın “Saipem SpA” şirkəti ilə müqavilə imzalayıb.
Mediatv.az-ın xəbərinə görə, müqaviləyə Albaniya və İtaliyada kəmərin sahilə çıxan hissəsində mühəndislik işləri, kəmərin quraşdırılması, fiber-optik kabel təchizatı işləri daxildir. Habelə, ön istismar və yoxlama işlərinin görülməsi də nəzərdə tutulur.
Kəmərin sözügedən hissəsinin uzunluğu 105 kilometrdir. Albaniya sahilindən Cənubi İtaliya sahilinə qədər Adriatik dənizdən keçən hissəni təşkil edir.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. TAP-ın təməlqoyma mərasimi mayda Yunanıstanın Saloniki şəhərində keçiriləcək. TAP Azərbaycan qazını Avropaya çatdıracaq.
TAP-ın əsas səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz) və Fluxys (19 faiz) şirkətləridir.
Report