Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-02-2016, 09:51)
İpoteka kreditləri niyə verilmir?

Ölkədə bank sektorunda aparılan islahatlar ipoteka kreditlərinin verilməsinə də təsir edib.

 

Mediatv.az anspress-ə istinadən xəbər verir ki, kreditləşmə azalıb, səbəb isə odur ki, banklar da, əhali də hökumətdən yeni qaydaların təsdiqini gözləyir.


Son 9 illik statistik məlumatlara görə, ölkədə 17 min 600 dən artıq insan ipoteka krediti götürüb ki, bu da 712 milyon manatdan çox olub. Prezident İlham Əliyevin İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı verdiyi fərmandan sonra ipoteka bazarında canlanma da gözlənilirdi. Eyni zamanda manatın digər valyutalara nisbətdə dəyərdən düşməsi ilə, ipoteka almaq istəyənlərin sayında da artım olacağı proqnozlaşdırılırdı. Amma hələ ki buna banklar və vətəndaşlar tərəfindən maraq azdır. İqtisadçılar bunun səbəbini bank sektorunda yaşanan hazırkı vəziyyətlə əlaqələndirir. Digər tərəfdən isə vətəndaşlar hələ ki, gözləməyi üstün tutur.

“İpoteka uzunmüddətli öhdəlik olduğuna görə bəzi banklar buna getmək istəməyəcəklər. Amma hesab edirəm ki, Mərkəzi bank və ipoteka fondu bu sahədə banklara çox cüzi məbləğlərlə kompensasiya ödəyə bilər. İpoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması və bunun son 4-5 ildə verilmiş ipoteka kreditlərinə şamil edilməsi məsələsinə baxıla bilər.” – deyə iqtisadçı Ramil Osmanlı bildirir.

İpoteka kreditlərində təklif olunan dəyişikliklərdən sonra ilkin ödənişin 20 faizdən 15-ə, illik faiz dərəcələrinin isə ümumu ipotekada 8-dən 6-faizə qədər azaldılması gözlənilir. Bununla yanaşı ipoteka üçün verilən maksimum məbləğin 50 mindən 100 minə qədər artırılması da təklif olunub. Amma bu təklifin üzərində Mərkəzi bank və Maliyə nazirliyi tərəfindən incələmə işləri davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024