Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-11-2015, 11:22)
Azərbaycanda ipoteka kreditlərini ən çox bankirlər alırmış

1446790372497428129_554x360

Azərbaycanda ipoteka krediti alanların iş yerinə görə tərkibi açıqlanıb. 

Mediatv.az-ın “Azərbaycan İpoteka Fondu” ASC-yə istinadən məlumatına görə, ipoteka kreditini ən çox bank-sığorta və neft sektorunda çalışanlar, eləcə də hərbçilər götürür.

Məlumata görə, ən çox ipoteka krediti bank, sığorta, energetika və hüquq-mühafizə oqranlarında çalışanlara və hərbçiərə verilib. Xüsusilə maliyyə sahəsində işləyənlərin və hərbçilərin payı yüksəkdir – müvafiq olaraq 22% və 20,7%. Bunun əsas səbəbi bu sahələrdə çalışanların maaşlarını yüksək olmasıdır. Belələri həm ilkin ödəniş, həm də aylıq ödənişləri həyata keçirməkdə çətinlik çəkmirlər. Hərbçilərin bu syahıda olması isə onların sosial ipoteka kreditlərindən istifadə etməsi ilə bağlıdır. İpoteka krediti alanların 13,1%-ni energetika sektorunu, 9,2%-ni isə hüquq-mühafizə oqranlarının işçiləri təşkil edir.

Həkimlər və müəllimlərin payı 4,3%-dir

Digər sahələrdə çalışanların isə ipoteka kreditləşməsində payı azdır. Məsələn, maaşı aşağı olan səhiyyə işçiləri 1,8%, təhsil işçiləri 2,5% payla təmsil olunur. Başqa sözlə, ölkədə ipoteka krediti alan hər 100 nəfərdən yalnız 4-ü müəllim və ya həkimdir. Bunun əsas səbəbi isə həmin sahələrdə çalışanların maaşlarının aşağı olmasıdır. Nəqliyyat sahəsində çalışanlar ümumi borcalanların cəmi 1,6%-i qədər, tikinti sektorunda işləyənlər isə 1,7%-i qədərdir. İpoteka kreditləşməsindən faydalananların 4,5%-i isə yerli və xarici dövlət qurumlarında çalışır. Kreditlərin qalan 18,7%-i isə digər sahələrdə işləyənlərə verilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024