İqtisadiyyat (28-01-2016, 17:16)
"Neftin qiyməti azalmağa başladı, buna görə də biz qənaətə keçdik"
Dünya bazarında neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsindən aşağı düşməyəcək, üstəlik, ilin ikinci yarısında qiymət arta bilər.
Mediatv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib. Onun sözlərinə görə, buna görə də 2016-cı ilin yenilənmiş büdcəsində neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsində götürülüb: "Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti azalmağa başladı, buna görə də biz qənaətə keçdik".
Nazir qeyd edib: "Biz görülmüş tədbirlər nəticəsində Dövlət Neft Fondu üçün 2,2 milyard dollar qənaətə nail olduq. 2015-ci ilin nəticələri üzrə xəzinədə qalıq 1,4 milyard manat təşkil edib. Bu məbləği 2016-cı il dövlət büdcəsi proqnozlarına yenidən baxılmasında istifadə edirik".