Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb.
Mediatv.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, hazırda BOKT-lar gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır: “Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”.