İqtisadiyyat (11-01-2016, 09:19)
Banklarda manat resursları azalmaqda davam edir
Azərbaycanda manatda əmanətlər son 6 ilin ən aşağı səviyyəsinə düşüb. Manatda yerləşdirilən əmanətlər, manatda kreditlərin verilməsi üçün kommersiya banklarının birinci resursudur.
Mediatv.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2015-ci ilin noaybr ayının sonuna olan məlumata görə, banklarda manat əmanətlərinin məbləği 1 milyard 669,1 milyon manat təşkil edib. Sonucu dəfə banklarda bu səviyyədə manat əmanəti 2010-cu ildə qeydə alınmışdı.
Təkcə Noyabr ayında banklarda manatda olan əmanətlər 54,7 milyon manat azalıb.
76,5%-İ XARİCİ VALYUTADADIR
Banklarda xarici valyutada (əsasən dollarda) olan əmanətlər isə 5 milyard 420,5 milyon manat məbləğində olub. Bu, cəmi 7 milyard 89,5 milyon manat olan əhalinin əmanətlərinin 76,5%-nə bərabərdir. Noyabrda xarici valyutada olan əmanətlər 28,6 milyon manat azalıb. Ötən ilin Yanvar ayının sonunda cəmi məbləği 2 milyard 845 milyon manat olan xarici valyutadakı əmanətlər Sentyabr ayında 5 milyard 534 milyon manata qalxmışdı.
ƏHALİ ƏMANƏTLƏRİNİ GERİ GÖTÜRÜR
Ümumiyyətlə, əhali banklardakı əmanətlərini geri götürməkdə davam edir. Noyabrda əhalinin banklardakı əmanəttləri 83,4 milyon manat və ya 1,2% azalaraq 7 milyard 89,5 milyon manata düşüb. Fevralın sonunda banklarda əhalinin əmanətləri 7 milyard 932,7 milyon manat məbləğində idi.
XARİCİLƏR MANATA HEÇ ETİBAR ETMİRLƏR
Banklardakı fiziki şəxslərin əmanətlərinin 6 milyard 209,9 milyon manatı (87,5%-i) rezidentlərə, 879,6 milyon manatı qeyri-rezidentlərə məxsusdur.
Qeyri-rezidentlər (xaricilər) 879,6 milyon manat olan əmanətin 846,5 milyon manatını xarici valyutada, 33,1 milyon manatını Manatda banklara yatırıblar.