Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-12-2015, 10:24)
Neftin qiyməti rekord həddə düşüb

Neftin qiyməti rekord həddə düşüb (Təhlil)

 

 

Brend xam neftin qiyməti qlobal istehsalın artması nəticəsində 11 ilin ən aşağı qiymətinə düşüb.
Mediatv.az xəbər verir ki, İran, Birləşmiş Ştatlar və Liviya kimi ölkələrdə neft hasilatının artması xam neftin qiymətinin son yeddi ildə ən aşağı səviyyəyə enməsinə gətirib çıxarıb.
Brend neftin qiyməti 36.05 dollar təşkil edir. Bu 2004-cü il iyul ayından bəri ən aşağı rəqəmdir.
Brend neftin qiyməti iki faiz enərək 36.05 dollar təşkil edib. Bu 2004-cü il iyul ayından bəri ən aşağı rəqəmdir. Həmin vaxt xam neftin barelinin qiyməti 49 sent enərək 36.39 dollar olmuşdu.
İstehlakçıların ucuz yanacaq qiymətlərindən faydalanması ilə yanaşı dünyanın zəngin neft ixracatçıları öz valyutalarını yenidən dəyərləndirməyə məcbur qalıblar.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC təşkilatı keçən ilki qərarını davam etdirməyi planlaşdırır. Həmin qərara əsasən neftin qiyməti aşağı səviyyədə, istehsal isə yüksək səviyyədə tutulacaq. Bu, hətta təşkilata üzv olan yoxsul ölkələr üçün o qədər də yaxşı xəbər deyil.
Neftin qiymətinin düşməsi körfəz ölkələrindən də yan keçməyib. Keçən həftə Səudiyyə Ərəbistanı, Kuveyt və Bəhreyn sələm faizlərini qaldıraraq valyutalarını qorumağa çalışıblar.
Tunelin sonunda işıq görünmür
“OPEC istehsalı azaltmağı düşünmür. Bu, o deməkdir ki, yaxın günlərdə balanslı qiymətin əldə olunacağı mümkün deyil,” deyə neft üzrə mütəxəssis Amrita Sen bildirib.
Rusiya gün ərzində 10 miliyon barrel neft istehsal edir. Bu rəqəm keçmiş Sovet İttifaqı dövründə istehsal olunan neftin miqdarına bərabərdir. OPEC-in gündəlik ümumi hasilatı 31.5 miliyon barrel təşkil edir.
Neft bazarında dəyişkənlik çox vaxt bayram öncəsi qalxır. Bu isə neft qiymətlərinin şişirdilməsinə gətirib çıxarır.
Orta hesabla son 15 ildə dekabr ayında neft ticarətinın səviyyəsində azalma müşahidə edilib. Rəqəm bu ilin may ayında ticarət səviyyəsinin 85 faizinə bərabərdir. 
Brend xam neftin qiyməti bu ay təqribən 19 faiz ucuzlaşıb.
ABŞ-da xam neftin qiyməti 26 sent düşərək 34.47 dollar təşkil edib. Bu, 2009-cu ildən bəri ən aşağı qiymətdir.
“Düzünü desək, 2016-ci ilə daxil olduğumuz ərəfədə neft ixracatçılarının yerində olmaq istəməzdim. Yaxın günlərdə tunelin sonunda işıq göründüyünü deyə bilmərəm,” deyə Sakso Bankın baş meneceri Ole Hansen bildirir.
İnvestisiya bankı Goldman Sachs hesab edir ki, istehsal və təlabat arasında balans müəyyən edilənədək xam neftin barrelinin qiyməti 20 dollara qədər enə bilər ("Amerikanın səsi").

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t="",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "mediatv.az"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024