Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-12-2015, 23:14)
Vahid Əhmədov: "2016-cı ilə hələ var, narahat olmayın..."

Vahid Əhmədov:

 

 

"Neftin qiyməti düşməkdə davam edərsə, Azərbaycan parlamenti 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna yenidən baxa bilər".
Mediatv.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vahid Əhmədov "Azadlıq" radiosuna açıqlamasında deyib.
Ancaq onun fikrincə, hələlik buna ehtiyac yoxdur: "Növbəti ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Mən belə hesab edirəm ki, neftin qiyməti 50 dollar səviyyəsində də qalacaq. Düzdür, indi düşüb. Amma 2016-cı ilə hələ var. 2016-cı ildə neftin qiyməti orta hesabla 50 dollardan aşağı düşməkdə davam edərsə, may-iyun aylarında dövlət büdcəsinə yenidən baxıla, dəyişikliklər edilə bilər".
Vahid Əhmədovun dediyinə görə, bu zaman ilk növbədə investisiya layihələri təxirə düşəcək: "Həmin layihələrdən bəzisinin ixtisar edilməsi mümkündür. Amma Azərbaycanın ehtiyatı da var. Bunu yaddan çıxarmaq olmaz. Azərbaycan istənilən vaxt Dövlət Neft Fondundan büdcəsinə transfertlər edə bilər".
Deputat 2016-cı ilin dövlət büdcəsində ciddi problem yaranacağını düşünmür.
Dünya bazarında neftin qiyməti 38 dollardan da aşağı düşüb. Son bir həftədə neft 10 faiz ucuzlaşıb. Bəzi mütəxəssislər hesab edir ki, ABŞ da gələn ildən neftini xarici bazara çıxarmağa qərar versə, neft daha da ucuzlaşacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024